Əsas Səhifə > Güney Press / Manşet > LAÇIN SAKİNİ ZAKİR QARALOVDAN KÖMƏK İSTƏDİ

LAÇIN SAKİNİ ZAKİR QARALOVDAN KÖMƏK İSTƏDİ


26-02-2013, 16:18
LAÇIN SAKİNİ ZAKİR QARALOVDAN KÖMƏK İSTƏDİ
DİA.AZ: - Redaksiyamıza Laçın rayonunun Qarakeçdi kənd sakini Həsənov Astan Əhliman oğlunun adından şikayət məktubu daxil olub. Məktubu DİA.AZ olaraq olduğu kimi təqdim edir və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildiririk:

“Bildirirəm ki, 2011-ci ilin dekabr ayının 8-dən Laçın rayon İcra Başçısı R.Cəbrayılovun sifarişi ilə Laçın Rayonun hüquq mühafizə orqanları məni qanunsuz olaraq süründürür. Belə ki, Laçın rayon İcra Başçısı R.Cəbrayılovdan şıkayətçi olduğuma görə rayonun baytarlıq idarəsinin müdiri Ə.Nadirova məni şərlətdirərək barəmdə qondarma cinayət işi açdırıb.

Toplanmış materiallar Laçın rayon Məhkəməsində baxılarkən ciddi qanun pozuntularına yol verildiyi müəyyən olunduqdan sonra istintaqı aparmış Laçın RPŞ-nın istintaq bölməsinin sabiq rəisi Ə.Şəmiyev bardə xüsusi qərar çıxarmaqla iş yenidən istintaqa qaytarıldı. Nədənsə hal- hazıra kimi Ə.Şəmiyev barədə DİN heç bir tədbir görməyib.

Üzümə durmağa məcbur edilmiş şahidlər təziqlərə məruz qalaraq izahat verdiklərini bildirdikdə onların abyektiv izahat vermələrinə rayon prokuroru M.Bayramov və PŞ-nin istintaq bölməsinin rəisi N.Məmmədov imkan vermədi. Bu qanunsuzluğa öz etirazımı bildirdikdə royon Prokuroru mənə bildirdi ki, “get İcra Başçısından üzr istə, barəndə açılmış cinayət işinə xitam verim”.

Rayon Prokuroru M.Bayramova bildirəndə ki, sizin qanunsuz əməllərinizdən Baş Prokurorluğa şikayət edəcəm mənə bildirdi ki, “Baş Prokuror Z.Qaralov mənim qohumumdu, sənə görə mənə gözün üstə qaşın var deyən olmaz. Yazdığın şikayət ərizələri də mənə göndərilir. Əlin hara uzundu ora qoy”.

Himayəmdə üç azyaşlı övladımın olduğunu və heç bir günahım olmadan İcra Başçısının sifarişi ilə barəmdə cinayət işinin açılmasını qanuna-zidd hərəkət olduğunu bildirsəm də, M.Bayramov buna heç bir məhəl qoymadı. Odur ki, sizin portalınız vastəsiylə Baş Prokuror Cənab Z.Qaralova müraciət edirəm.

Cənab Baş Prokuror!

Azərbaycan respublikasında fəaliyyət göstərən KİV-lərdə hər gün korrupsiya və rüşvətxorluq, qanun pozuntuları əleyhinə apardığınız məqsədyönlu tədbirləri gördükdə gələcəyə olan ümüdlərimiz artır. İnanırıq ki, Azərbaycan hökuməti vətəndaşların hüquq və azadlıqlarına hörmətsizlik edən özbaşına məmurların layiqli cəzasını verəcək. Çox xahiş edirəm məni M.Bayramovun qanunsuz əməllərindən qoruyun”.

Geri qayıt