Əsas Səhifə > Güney Press / Manşet > İRANMEYİLLİ QÜVVƏLƏR YENİ AKSİYA HAZIRLAYIR

İRANMEYİLLİ QÜVVƏLƏR YENİ AKSİYA HAZIRLAYIR


26-02-2013, 15:59
İRANMEYİLLİ QÜVVƏLƏR YENİ AKSİYA HAZIRLAYIR
DİA.AZ: - Bakıda fəaliyyət göstərən və İranın xüsusi xidmət orqanlarının nəzarəti altında olan qüvvələrin keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ərəfəsində xüsusi fəallıq nümayiş etdirəcəyi hələ əvvəlcədən məlum idi və bu haqda redaksiyamız tərəfindən oxucular məlumatlandırılmışdı.

DİA.AZ-a bu gün verilən informasiyalardan belə aydın olur ki, sözügedən çevrələr Bakıda kütləvi etiraz aksiyası tədarükündədirlər. Mənbəmiz bildirir ki, В«Hicab məhbuslarına azadlıqВ» şüarı ilə təşkil olunacaq aksiya əslində İranmeyilli qüvvələrin növbəti təxribatı kimi də dəyərləndirilə bilər.

Mənbənin söylədikləri: В«Çünki bu aksiyada da polisə müqavimətin göstəriləcəyi gözlənilir və sonuncu aksiyada olduğu kimi, qabaqcadan bu yöndə tədarük görülməkdədir. Aksiyanın vaxtı və yeri barədə isə bütün bilgilər qapalı saxlanılır. Yalnız hər kəsə xəbər verilib ki, hazırlıqlı olsunlar, deyilən vaxtda aksiyaya qatılsınlarВ».

Geri qayıt