Əsas Səhifə > Güney Press / Manşet > CAVİD QURBANOV İSTEFAYA GÖNDƏRİLƏ BİLƏR

CAVİD QURBANOV İSTEFAYA GÖNDƏRİLƏ BİLƏR


22-02-2013, 16:36
CAVİD QURBANOV İSTEFAYA GÖNDƏRİLƏ BİLƏR
DİA.AZ: - Son iki gündə portalımız tərəfindən В«AzəryolservisВ» ASC-nin prezidenti Cavid Qurbanovla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olmaqdadır. Bildirək ki, ASC prezidentinin İranla mübhəm əlaqələrini əks etdirən faktlar da təsdiqləyirdi ki, Cavid Qurbanov fars-molla rejiminin xüsusi xidmət orqanlarının Azərbaycanda iqtisadi şəbəkəsi ilə sıcaq əlaqələrə malikdir.

DİA.AZ-a bütün bunlarla bağlı reaksiya verən hökumət içindəki bir başqa qaynaq isə iddia edir ki, yaxın günlərdə Cavid Qurbanov vəzifəsindən alınacaq: В«Onu hər dəfəsində nəqliyyat naziri Ziya Məmmədov qoruyub. İndi isə nazir də adamının ona belə xəyanət etməsindən əmindir. Eyni zamanda Cavid Qurbanov artıq kimsənin onu müdafiə edə bilməsi mümkün olan bütün sərhədləri aşıb. Yəni onun müdafiə olunması da imkansızdırВ».

Məlumatı verən qaynaq iddia edir ki, Cavid Qurbanov məhz İranla şübhəli əlaqələrinin güdazına gedir. Hətta onun qaranlıq iqtisadi fəaliyyəti belə araşdırmaya götürülür.

Mövzu diqqətimizdədir. Cavid Qurbanovun da mövqeyini öyrənmək istəsək də, ona aid olan telefon nömrələrinin bağlı olması bunu imkansız etdi.

Geri qayıt