Əsas Səhifə > Güney Press / Manşet > ELŞAD ABDULLAYEV CİDDİ BASQILAR ALTINDADIR

ELŞAD ABDULLAYEV CİDDİ BASQILAR ALTINDADIR


19-02-2013, 15:42
ELŞAD ABDULLAYEV CİDDİ BASQILAR ALTINDADIR
DİA.AZ: - Son günlər səs-səmiri kəsilən və hətta ABŞ prezidenti Barak Hüseyn Obamaya da ağız açmaq məcburiyyətində qalan fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayev çox ciddi şəkildə hədələnir. Bu şok məlumatı DİA.AZ-a bilgili qaynaqlar ötürüb.

Mənbənin iddialarına görə, keçmiş rektora naməlum istiqamətlərdən (həmin şəxslərin kim olduğu sabiq rektora məlumdur -red.) təhdidlər edilməkdədir: В«Hətta onu ailə üzvlərindən birinin öldürülməsi ilə də hədələyirlər. Əgər Elşad Abdullayev videobombardmanına ara verməzsə, o zaman ona qarşı çox ciddi cəza tədbirləri həyata keçiriləcəkВ».

Mənbəmiz əlavə olaraq onu da bildirdi ki, artıq hansı telefonlardan və hansı dairələrdən təhdid alması ilə bağlı keçmiş rektor Azərbaycanın və Fransanın hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşır.

Geri qayıt