Əsas Səhifə > Güney Press / Manşet > EKS-PREZİDENTİN QOHUMU YENİ TƏŞKİLAT YARATDI

EKS-PREZİDENTİN QOHUMU YENİ TƏŞKİLAT YARATDI


14-02-2013, 16:10
EKS-PREZİDENTİN QOHUMU YENİ TƏŞKİLAT YARATDI
В«VƏTƏNDAŞLARIN İNANCLARINDAN SUİ-İSTİFADƏ EDİRLƏRВ»

Hürrü Əliyev: В«Azərbaycan insanına böyük bir yol vəd edirikВ»

DİA.AZ: - Son zamanlar ictimai fəallıq görünməmiş həddə müşahidə olunmaqdadır. Əgər cəmiyyət dünənə qədər ən ciddi problemlərə belə biganə qalırdısa, indi ən xırda narazılıq yaradan faktora da xüsusi həssaslıq nümayiş etdirilməkdədir ki, bunun da müsbət tərəfləri çoxdur.
Bəlkə də məlum situasiyanın nəticəsidir ki, artıq cəmiyyətdə təşkilatlanma meyilləri də artmaqdadır. Elə yeni yaranmış В«Milli İdeya NaminəВ» İctimai Birliyini də bu qəbildən hesab etmək olar. Mərhum prezidentimiz Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyevin rəhbərlik etdiyi təşkilatın hədəfləri ilə bağlı elə onun özü ilə söhbətləşmək qərarına gəldik. DİA.AZ həmin müsahibəni diqqətinizə təqdim edir:

- В«Milli İdeya NaminəВ» İctimai Birliyi fərqli nəyi ortaya qoya biləcək?
- İlk növbədə birliyimizin yaranma zərurəti barədə məlumat vermək istəyirəm. Hər halda, bu gün Azərbaycan türkünün, Azərbaycan xalqının üzləşdiyi problemlərin mahiyyətinə diqqət yetirdikdə də görə bilərik ki, məhz milli dəyərlər üzərində qurulan ittifaqın hesabına bütün səddləri aşa bilərik. Yəni üz-üzə dayandığımız problemlər milli xarakterdədir. Bu gün millət olmasaq, bütün olmasaq, nə Qarabağı azad edə bilərik, nə də sosial rifahımızı təmin edə bilərik.
Və bu səbəbdən biz cəmiyyətin bütün təbəqələrinin - siyasi, dini yönümündən asılı olmayaraq hər kəsi məhz milli ideyalar ətrafında birliyinə, maarifləndirilməsinə çalışacağıq. Bizim ana hədəfimiz budur və biz məhz gələcəyimizi təşkil edəcək gəncləri qeyd etdiyimiz prinsiplərlə təşkilatlandırmağı düşünürük.

- Hansı yolla buna nail olmaq istəyirsiniz?
- Bu gün bizim ətrafımızda çoxlu sayda gənclər var ki, onlar vətən, millət naminə, milli ideyalarımız uğrunda canlarını belə fəda etməyə hazırdırlar. Bizim bir ənənəmiz də var. Rəhmətlik eks-prezidentimiz Əbülfəz Elçibəyin qoyduğu bir dəst-xətt var ki, biz bütün prinsiplərimizi Şah İsmayıl Xətaidən gələn, Məhəmmədəmin Rəsulzadə tərəfindən inkişaf etdirilən və Əbülfəz Elçibəy tərəfindən yeni nəfəs verilən MİLLİ İDEYALARIMIZA söykənərək müəyyən edəcəyik. Budur bizim yolumuz.
Azərbaycan elə bir regionda yerləşir ki, dünya nəhəngləri bu bölgəyə nəzarət uğrunda savaşa çıxıblar. Yəni bu gün dünyanın supergücləri Azərbaycana nəzarət edə bilmələri üçün enerjilərini, vaxtlarını, pullarını xərcləyirlər. Biz nədən öz dövlətimizə sahiblənməyək? Biz nədən bu nəzarət rıçaqlarını öz əlimizdə saxlamağa cəhd etməyək?
Təəssüflər olsun ki, bu gün Azərbaycan vətəndaşı ola-ola həmin kənar güclərin təsiri altında dövlətinə, vətəninə qarşı gedənlər də var ki, bizi də əsas olaraq məhz bum əqam narahat edir. Yəni kənar güclərin şirnikləndirici ideyalarının əvəzinə biz gənclərimizə məhz kökündə Azərbaycan türkünün dövlətinə sədaqət dayanan MİLLİ İDEYANI təklif etmək niyyətindəyik. Burada heç bir siyasi ambisiya güdülmür. Burada tək bir maraq dairəsi var ki, o da Azərbaycanın təhlükəli ideyaların buxovundan xilas edilməsidir.
Biz bir təşkilat olaraq müxtəlif konsepsiyalar, fəaliyyət proqramları hazırlamağı da düşünürük. Əgər bu gün mənim gəncim məhz boşluq səbəbindən hansısa təhlükəli qüvvənin ideyalarının əsirinə çevrilirsə, biz bunu önləmək zorundayıq. Bu bir faktdır ki, hələ də Azərbaycanda dini konsepsiya, vahid dini baxış bucağı formalaşmayıb. Bunun nəticəsidir ki, Azərbaycanda ayrı-ayrı təriqətlərə, ayrı-ayrı ölkələrə bağlı din adamları vətəndaşların inanca bağlılığından sui-istifadə edirlər. Ən təhlükəli vəziyyət isə gənclərlə bağlı siyasətdədir. Yəni bu gün gənclərimiz, yeniyetmələrimiz çox asanlıqla onların tələsinə düşürlər ki, biz bu yolda sipər olmaq istəyirik.

- Sizin təşkilatın milli azlıq məsələsinə münasibəti necə olacaq?
- Sırf qanunlar, konstitusiyamız çərçivəsində. Bu gün Azərbaycanın Ana Yasası bəlkə də dünya dövlətlərinin konstitusiyaları ilə müqayisədə milli azlıq məsələsinə baxış açısından ən mükəmməl olanıdır. Mərhum prezidentimiz Əbülfəz Elçibəyin hakimiyyət dönəmində bu məsələyə məhz türkün ədalət prinsiplərindən qəti mövqe ortaya qoyulub. Biz Azərbaycan dövlətinin qanunlarına tabe olan hər bir vətəndaşımızın - milli kimliyindən asılı olmayaraq hər bir Azərbaycan insanının yanındayıq, onu bağrımıza basırıq. Bizim amalımız budur. Yəni biz Milli İdeya Naminə birləşmək dedikdə hər kəsi bu ittifaqda görürük. Təbii ki, hədəfində Azərbaycanın çiçəklənməsi, inkişaf etməsi olan hər bir Azərbaycan vətəndaşını…

- O zaman sizi çoxdan gözlənilən В«Üçüncü QüvvəВ» adlandırmaq olarmı? Çünki nə zamandır cəmiyyətdə məhz yeni bir qüvvənin qurtuluş missiyası ilə ortaya çıxacağı anons edilməkdədir…
- Bilmirik, hədəflərimizə nə qədər yaxınlaşa biləcəyik və bilmirik ki, sıralama baxımından neçənci olacağıq. Amma bildiyimiz tək bir məsələ var ki, tutduğumuz yola inanırıq və əminik ki, Azərbaycanda milli ideya naminə bütünlüyə nail olan bir xətti yürüdə biləcəyik. Bu halda, istənilən bir səddi aşmağımız an məsələsidir.
Fürsətdən istifadə edib, bildirmək istəyirəm ki, biz Azərbaycan insanına böyük bir yol vəd edirik və hər kəsi bu yolda bizimlə bərabər addımlamağa dəvət edirik. Məhz milli ideya naminə bir arada olmaqla, istənilən problemi həll edə bilərik. Əks halda, parçalanmalar baş verəcək ki, bu da ən xırda məsələnin belə çətin bir işə çevrilməsi deməkdir.

Geri qayıt