Əsas Səhifə > Güney Press / Manşet > RÖVNƏQ ABDULLAYEVİN GİZLİ BİZNESİ VAR İMİŞ
RÖVNƏQ ABDULLAYEVİN GİZLİ BİZNESİ VAR İMİŞ14-02-2013, 15:04 |
![]() DİA.AZ: - Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin gizli biznesi ilə bağlı redaksiyamıza ilginc faktlar daxil olub. Belə ki, DİA.AZ-a ötürülən məlumatlarda ARDNŞ prezidentinə yaxın işbazlar tərəfindən bir sıra maxinasiyaların həyata keçirildiyi iddia olunur. Onu da bildirək ki, əlimizdə kifayət qədər ciddi sənədlər var və bu sənədlər əsasında hazırlayacağımız materialı yaxın günlərdə diqqətinizə çatdıracağıq. Sadəcə olaraq bəzi nüansları sizinlə bölüşmək istəyirik. Məlumatlı mənbənin bildirdiklərindən belə aydın olur ki, bu gün fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kurasiyasında olan idxal biznesində bir sıra əlahiddəliklər var ki, onlardan birini də məhz Rövnəq Abdullayev təşkil edir. Belə ki, mənbə ARDNŞ şefinə yaxın şəxslərin bu gün bazarda satışa çıxarılan əksər ərzaq və yaxud da qeyri-ərzaq məhsullarını AFFA-nın xətti ilə, gömrük rüsumu ödəmədən ölkəyə idxal etməkdə olduğunu iddia edir. Mənbəmiz çox ilginc faktları da açıqladı. Məsələn, aydın olur ki, bu gün Azərbaycan bazarlarında olduqca ucuz qiymətə satılan xalı və xalçalar, kovrolitlər əslində Rövnəq Abdullayevə yaxın işbazlar tərəfindən idxal olunur: В«Həmin mallar ölkəyə süni örtük döşəməsi kimi daxil olur. Yəni sənədlərdə belə göstərilir. Və bu yolla büdcəyə pul ödəməkdən yayınırlar. Təbii ki, bunun da nəticəsində bazarda normal rəqabət hüququ kobud surətdə pozulur. Bu gün kənar bir şəxsin sözügedən bizneslə məşğul olması ən azından sərəfəli deyilВ». Onu da qeyd edək ki, yaxın günlərdə çox ciddi faktları təqdim edəcəyik. Bizi izləməkdə davam edin… Geri qayıt |