Əsas Səhifə > Güney Press / Manşet > RAMİZ MEHDİYEVƏ KİMLƏR PROBLEM YARADIR?
RAMİZ MEHDİYEVƏ KİMLƏR PROBLEM YARADIR?7-02-2013, 17:50 |
![]() Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) rektoru, deputat Aqiyə Naxçıvanlı rəhbəri olduğu təhsil ocağını Məhdud Məsuliyyətili Cəmiyyətə (MMC) çevirib. Bu barədə DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, artıq AMİ-nin Mingəçevir və Zaqatala filialları "MMC" kimi fəaliyyət göstərir. "MMC"-yə isə AMİ-nin Mingəçevir filialının direktoru Orucəli müəllim rəhbərlik edir. Bundan isə nə təhsil naziri Misir Mərdənovun nə də ki adiyyatı qurumların xəbəri var. Çünki adı keçən təhsil ocağının filiallarında elə hadisələr yaşanır ki, bundan baş çıxarmaq mümkün deyil. Məsələn Aqiyə Naxçıvanlı filial direktorları ilə alver edib onları ürəyi istədiyi rayon təhkim edir. Bunun müqabilində isə həmin direktorlar deputat A.Naxçıvanlıya sədaqət andı içərək özbaşınalıqlarını məharətlə həyata keçirirlər. Belə direktorlardan biri isə bu yaxınlarda AMİ-nin Mingəçevirdən Zaqatala filialına transfer olunan Orucəli müəllimdir. Orucəli müəllimin baxmayaraq Zaqatalaya trasfer olunmasına, direktor AMİ-nin "Mingəçevir" MMC filialını da nəzarətində saxlayıb. Məsələ ilə bağlı DİA.AZ-ı məlumatlandıran mənbə qeyd edir ki, Azərbaycan Müəllimlər İnstitutunun sözü gedən filiallarında dövlət sənəd və diplomların təsdiq edilməsi, kommersiya əməliyyatlarının aparılması, təhsil nazirliyinə "MMC" əks olunan möhürlərdən istifadə olunur. Qaranlıq məliyyə sövdələşmələrə görə, Azərbaycan Müəllimlər İnstitutunun iştirakını nəzərdə tutan, “Mxqo” MMC, “Fərid X” MMC”, Satunun “MMC,”Neptun-İR” MMC, “MMC, “Alyans-2009”, Sprint LTD” MMC və.s adını qeyd etmədiyimiz onlarla əməliyyatlara hansı məqsədlə qol qoyulduğu aydın deyil. Yalnız son doqquz ayda filiallara təyin olunan şəxslərdən alınan rüşvətin 150-200 min manatdan çox olduğu bildirilir. Mənbə son olaraq bildirir ki, deputat Aqiyə Naxçıvanlı və Orucəli müəllim Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin adından da istifadə edirlər. Güya yuxarıda adı çəkilən MMC-lər PA rəhbərinin nəzarətindədir. Və həmin MMC-lər vasitəsilə aparılan maliyyə maxinasiyalarında Ramiz Mehdiyevin də payı var. Elə bu səbəbdən də deputata və direktora kimsə söz deməyə cürət etmir. Biz öz növbəmizdə qeyd etmək istərdik ki, görünür "Gülər Əhmədova olayı"dan sonra Aqiyə Naxçıvanlı da PA rəhbərinə qarşı növbəti korrupsiya ittihamı sərgiləməyə çalışır. Hər halda bu gün Ramiz Mehdiyevə qarşı birləşən hakimiyyət daxili quruplaşma bundan geninə-boluna istifadə edə bilər. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |