Əsas Səhifə > Güney Press / Manşet > ƏLİ İNSANOVUN SƏHİYYƏDƏKİ SON “QALASI” YIXILIR

ƏLİ İNSANOVUN SƏHİYYƏDƏKİ SON “QALASI” YIXILIR


6-02-2013, 15:46
ƏLİ İNSANOVUN SƏHİYYƏDƏKİ SON “QALASI” YIXILIR
DİA.AZ: - Az əvvəl məlumat verərək bildirmişdik ki, bir sıra dövlət qurumlarında kadr islahatlarının həyata keçirilməsi gözlənilir. Bu arada DİA.AZ-a ötürülən son xəbərlərdən aydın olur ki, məlumatını verdiyimiz kimi dövlət gömrük komitəsinin strukturları ilə yanaşı, səhiyyə sistemində də kadr islahatları nəzərdə tutulub.

Məlumatlı mənbənin sözlərinə görə, birbaşa olaraq səhiyyə nazirliyinin özündə, rəhbər orqanlarında, ayrı-ayrı tibb mərkəzlərində rəhbər dəyişikliklərinin nəzərdə tutduğu böyük islahatlar may ayından etibarən start götürəcək.

Mənbəmiz bildirir ki, bu proses zamanı ən səs-küylü dəyişikliklərdən biri də Elsevər Ağayevin səhiyyə nazirinin müavini postundan azad edilməsi olacaq. Qeyd edək ki, Elsevər Ağayev hazırda 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanovdan qalma yeganə nazir müavini olmaqla yanaşı, həm də ümumiyyətlə, səhiyyədəki yeganə rəhbər işçidir.

Belə ki, Oqtay Şirəliyev nazir postuna təyin edildikdən sonra Əli İnsanovun bütün kadrlarını işdən kənarlaşdırdı. Lakin Elsevər Ağayev toxunulmaz olaraq qaldı. Xəstəxanaların və xəstəxana ərazilərinin özəlləşdirilərək satılması prosesinə nəzarət edən bir şəxsin külli miqdarda В«ödəncВ»in müqabilində öz vəzifəsini və mövqelərini qorumağa müvəffəq olduğu söylənilən Elsevər Ağayevin bu dəfəki ələmə sezonunda В«vurulmasıВ» niyyəti isə heç də təsadüfən meydana gəlməyib.

Məlumatlara görə, Elsevər Ağayev ölkədəki qeyri-leqal dərman biznesinə də nəzarət edir ki, onunla bağlı şikayətlər artıq üst qurumlara qədər gedib çıxıb.

Geri qayıt