Əsas Səhifə > Güney Press / Manşet > SƏBAİLİN İCRA BAŞÇISI NƏYİN HESABATINI VERİR?

SƏBAİLİN İCRA BAŞÇISI NƏYİN HESABATINI VERİR?


1-02-2013, 16:17
SƏBAİLİN İCRA BAŞÇISI NƏYİN HESABATINI VERİR?
DÖVLƏTİN GÖRDÜYÜ İŞLƏRİ ÖZ ADINA ÇIXAN BAŞÇI…

DİA.AZ: - Məlum olduğu kimi, keçən ilin son aylarından etibarən ölkənin bütün rayon icra hakimiyyəti başçıları hesabat xarakterli toplantılar təşkil edirlər. Həmin toplantıların mahiyyətində icra hakimiyyəti tərəfindən görülən işlərə izahat verilir.

Və bu gün belə bir toplantı Səbail rayon icra hakimiyyətində də olub və icra başçısı Asif Əsgərov da digər icra başçılarına özünü bənzədərək rəhbəri olduğu rayonda görülən işlərdən danışıb. Təbii ki, biz möhtərəm başçının bütün danışdıqlarını xatırlatmaq istəmirik. Çünki o halda, zamanınızı çox almış olacağıq. Sadəcə olaraq Səbail icra hakimiyyəti adından yayılmış məlumatda yer alan və Asif Əsgərov tərəfindən SƏBAİL RAYON İCRA HAKİMİYYƏTİNİN GÖRDÜYÜ İŞLƏR kimi təqdim olunan məqamı diqqətinizə təqdim edirik.

Beləliklə məlumatda deyilir: В«Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 1.229,3 milyon manat olub. Ötən il Səbail rayonunda В«BakıelektrikşəbəkəВ» ASC-nin В«İçərişəhərВ» yarımstansiyası, beşulduzlu В«CW Mariott AbşeronВ» və “Four Seasons Hotel Baku” mehmanxanaları, Badamdar qəsəbəsində Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının binası, В«Baku Cristal HallВ» Kompleksi, Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər olan hissəsi, В«Hilton-BakuВ» otelinin qarşısındakı park, Azneft döngəsində, Mikayıl Useynov küçəsində inşa olunmuş yeraltı piyada keçidi, SSRİ Xalq Artisti Bülbülün və İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun abidələri, Badamdar qəsəbəsində yeni inşa olunan 329 nömrəli tam orta məktəb və yeni uşaq bağçasının binaları, əsaslı təmir-yenidənqurma işləri aparılıb, Bakı Funikulyoru, Səadət sarayı, В«Kiçik Venesiya şəhərciyiВ», Səbail rayonu 49 nömrəli “İntellekt” məktəb-liseyin binası və onun yeni tədris korpusu və Badamdar qəsəbəsində Heydər Əliyev parkı istifadəyə verilibВ».

Əziz oxucular, əgər icra başçısının açıqladığı həyata keçirilmiş tikinti-quraşdırma işləri adı altında təqdim olunan bir hadisədə əgər Səbail icra hakimiyyətinin və başçısı Asif Əsgərovun payı, iştirakı, hansısa formada təzahürü varsa, o zaman dünənə qədər rəsmi ağızların danışdıqları büsbütün yalan imiş. Çünki sadalananların hər biri ya özəl hesablara, ya da ayrı-ayrı dövlət qurumlarının hesabına ərsəyə gələn, onların nəzarəti altında baş verən inşaat işləridir. Və bu faktların Asif Əsgərov tərəfindən В«Səbail rayon icra hakimiyyətinin gördüyü işlərВ» kimi təqdim olunması ən azından biabırçılıqdır. Və yaxşı halda bunun adına cəmiyyətin aldadılması da demək olar.

Çünki elə bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, Bayıl qəsəbəsində Aqil Quliyev 21 ünvanında yaşayan sakinlər Sabil rayon icra hakimiyyətindən giley edirlər və sakinlər söyləyir ki, az qala bir ildir icra hakimiyyəti onların yaşadıqları binanın damını təmir etdirmir.

Belə olan halda bir binanın damını təmir edə biləcək gücdə olmayan icra hakimiyyətinin (əslində güc də var, maliyyə də, sadəcə olaraq həmin vəsaitin təyinatları tamam şübhəlidir -red.) bu gün böyük-böyük işlərin - dövlət adına, dövlətin gördüyü işlərin altına öz imzasını atması bir daha təkrarlayırıq ki, ən yaxşı halda ayıb olan bir hadisədir.

Geri qayıt