Əsas Səhifə > Güney Press / Manşet > İMİŞLİ İCRA HAKİMİYYƏTİNDƏ HƏYƏCAN YAŞANIR

İMİŞLİ İCRA HAKİMİYYƏTİNDƏ HƏYƏCAN YAŞANIR


29-01-2013, 17:55
İMİŞLİ İCRA HAKİMİYYƏTİNDƏ HƏYƏCAN YAŞANIR
DİA.AZ: - İmişli rayonunda 600 nəfərə yaxın fəhlənin əməkhaqqısını ala bilməməsi səbəbindən etiraza hazırlaşması barədə az öncə rayondakı mənbələrə istinadən xəbər vermişdik. Məlumatımızda onu da qeyd etmişdik ki, rayonun icra başçısı Vilyam Hacıyev hələ Samuxda işləyərkən bu kimi əməlləri ilə tanınmışdı və Samuxda yerli iş adamlarından biri Nəsrulla Nəzərovdan 500 min manata yaxın borc pul alsa da, bu iş bir neçə məhkəmə instansiyasını aşsa da, hələ də sahibkarın haqqı təmin olunmayıb.

İndi isə Vilyam Hacıyevə qarşı fəhlələrin etiraza hazırlaşdığı söylənilir. Deyəsən, DİA.AZ-ın verdiyi bu xəbər rayon rəhbərliyində bərk qıcıq oyadıb və onlar əsəb əndazələrini aşıblar. Hər halda, bu gün İmişli rəhbərliyinin gərginlik içində olduğu faktdır ki, bunun da yeganə sorumlusu elə icra başçısı və bu gün onun adından redaksiyamızı hədələyən şəxslərdir.

Bildirək ki, az əvvəl DİA.AZ-a telefon açan və özünü İmişli rayon icra hakimiyyətinin əməkdaşı kimi təqdim edən şəxs redaksiyamıza hədə-qorxu gəlməklə yanaşı, В«başınızı hara qoyacaqsınızВ» və digər bu kimi hədələrlə təhdiddə də bulunub.

Təbii ki, bütün bu faktlara görə, redaksiyamız müvafiq dövlət qurumlarına müraciətini edəcək. Amma bəri başdan bir məsələni vurğulayırıq ki, cənablar, əgər siz əhalini incitmirsinizsə, sizin əməlinizdə hansısa nöqsan yoxdursa və ən əsası Vilyam Hacıyev 600 fəhlənin əməkhaqqısını mənimsəməyimbsə, o zaman nədən bu qədər narahatsınız?

Mövzu diqqətimizdədir.

Geri qayıt