Əsas Səhifə > Güney Press / Manşet > XDMX ŞEFİ “MTN-NİN AGENTİNƏ” 6 İL İŞ KƏSDİRDİ

XDMX ŞEFİ “MTN-NİN AGENTİNƏ” 6 İL İŞ KƏSDİRDİ


29-01-2013, 16:46
XDMX ŞEFİ “MTN-NİN AGENTİNƏ” 6 İL İŞ KƏSDİRDİ
DİA.AZ: - Bir müddət əvvəl məlumat verərərk bildirmişdik ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) zabiti Asif Lətifov məhz XDMX-nin rəhbəri Vaqif Axundovla bağlı kompromat xarakterli materialları ifşa etdiyinə sifarişlə həbs olunmuş, barəsində 3 aylıq hıbs-qətimkan tədbiri semilçişdi.

DİA.AZ-a daxil olan informasiyalardan isə aydın olur ki, artıq Asif Lətifov barəsində hökm oxunub və Vaqif Axundov “MTN-nin agenti” kimi işdən qovdurduğu zabiti 6 il azadlıqdan məhrum etdirib.

Xatırladaq ki, zabitin anası G.Lətifova oğlu A.Lətifovun 17 il bu xidmətdə çalışdıqdan sonra həbsinə səbəb kimi komandiri Fikrət Rzayevlə münaqişədə olmasını göstərib. Münaqişəyə səbəb isə 2011-ci ilin martında baş vermiş hadisə olub. Belə ki, XDMX əməkdaşı Emin Ələkbərov patronu itirib, komandir F.Rzayev baqşa bir patronu itmiş patronun əvəzinə E.Ələkbərova verib. Aeroport ərazisində xidmətdə olan A.Lətifov itmiş patronu taparaq XDMX müfəttişliyinə təhvil verir. Bu hadisədən 4 gün sonra XDMX rəisi Vaqif Axundovun əmrilə A.Lətifov “xidmətə uyğunsuz” qərarı ilə işdən azad edilib. G.Lətifova oğlunun xidmət müddəti ərzində 4 dəfə qüsursuz xidmətə görə mükafatı ilə təltif edildiyini əsas gətirərək, V.Axundovun qərarını əsassız adlandırır.
XDMX ŞEFİ “MTN-NİN AGENTİNƏ” 6 İL İŞ KƏSDİRDİ

A.Lətifov qərarla razılaşmır, mətbuata bu haqda etiraz açıqlamaları verir. F.Lətifovaya görə, oğlunun öz haqqını müdafiə etməsi də həbsinin səbəbləri sırasındadır. G.Lətifovanın sözlərinə görə, oğlunun işdən azad edilməsinin bir ilinin tamamına 5 gün qalmış ona qarşı Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah saxlamaq), 132.2.3-cü (kütləvi silah sursat saxlamaq) ittihamları ilə cinayət işi qaldırılıb. 2012-ci il avqustun 29-da barəsində həbs qəti imkan tədbiri seçilib. Bu haqda qərarda həbs-qətimkan tədbirinin seçilməsi “A.Lətifovun cəmiyyətə mənfi emosiyalar verdiyi üçün cəmiyyətdən təcrid olunması” kimi “əsas”landırılır. “Bu, təkcə hüquqi savadsızlıq, hüquqi nihilizm deyil, bu, sadəcə hüquq elmini ələ salmaqdır”, - deyə G.Lətifova bu qərara münasibət ifadə edib. G.Lətifova işi aparan müstəntiq Amil Rəhimovun A.Lətifovla münaqişədə olan komandir Fikrət Rzayevin qohumu olduğu üçün istintaqı “qərəzdə, sifariş yerinə yetirməkdə” ittiham edib.

İndi isə aydın olur ki, səlində hakimiyyətiçi oyunların qurbanı olan Asif Lətifov məhz XDMX şefinin öz sabiq işçisinin üzərində əzələ nümayişi şövqünün qurbanı olub.

Geri qayıt