Əsas Səhifə > Güney Press / Manşet > VİLYAM HACIYEV KİMƏ BU QƏDƏR ARXAYINDIR?

VİLYAM HACIYEV KİMƏ BU QƏDƏR ARXAYINDIR?


29-01-2013, 16:11
VİLYAM HACIYEV KİMƏ BU QƏDƏR ARXAYINDIR?
FƏHLƏLƏRƏ В«ATANВ» İCRA BAŞÇISININ ÖZÜ HƏDƏFƏ ÇEVRİLİR

DİA.AZ: - İsmayıllıda baş verən olayların ardından digər rayonların da ayağa qalxacağı haqda yeni-yeni məlumatlar yayılmaqdadır. Ən gərgin nöqtələrdən birinin isə İmişli rayonu olduğu bildirilir. Bu barədə DİA.AZ-a İmişlidən məlumatı verən mötəbər mənbə iddia edir ki, rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev əslində bu yolla həm də özünü hədəfə çevirmiş olur.

Mənbənin söylədikləri: В«Vilyam Hacıyev neçə müddətdir ki, rayonda aparılan abadlıq işlərində fəhlə kimi işlətdiyi 600 nəfərə yaxın rayon sakininin əməkhaqqısını vermir ki, bu da böyük narazılıq yaradıb. Artıq bir neçə müddətdir, maaşlarını ala bilməyənlər ayrı-ayrı dövlət instansiyalarına, hətta korrupsiyaya qarşı mübarizə idarəsinə öz şikayətlərini ünvıanlayıblar. Amma buna rəğmən onların dərdlərinə çarə qılan yoxdurВ».

Xatırladaq ki, əslində Vilyam Hacıyev zaman-zaman yerli mətbuatda özünün ilginc gedişləri ilə diqqətə gəlib. Hələ Samuxa başçılıq etdiyi dönəmlərdə Vilyam Hacıyev elə eyni məqsədlə - Samuxun abadlaşdırılması məqsədilə borc pul aldığı Samuxun yerli sahibkarlarından biri olan Nəsrulla Nəzərova 500 min manata yaxın məbləğdə vəsaiti borclansa da, hələ də həmin pulları geri qaytarmayıb və qaytarmaq haqqında düşünmür də.

İndi isə anoloji vəziyyət İimişlidə yaranıb. Amma bu dəfə icra başçısı fəhlələrin iki aylıq maaşlarını mənimsəyib. Mənbəmiz bildirir ki, əgər bu həftənin sonlarına qədər onlara olan pul borcları ödənməzsə, o zaman 600 fəhlənin hamısı birgə etiraz aksiyası keçirəcək: В«Hələlik aksiyanın yeri və vaxtı tam dəqiqləşməyib. Amma daha çox məqsədə uyğun bilinən yer icra hakimiyyətinin qarşısı, zaman isə bazar günüdürВ».

Geri qayıt