Əsas Səhifə > Güney Press / Manşet > NN ŞEFİNİN CƏLİLABADDAKI QOÇULARI
NN ŞEFİNİN CƏLİLABADDAKI QOÇULARI29-01-2013, 14:51 |
![]() DİA.AZ: - Son günlər Nəqliyyat Nazirliyinin bir sıra müfəttişlərinin özbaşnalıqları paytaxt Bakıda, o cümlədən bölgələrdə davam etməkdədir.Dünən redaksiyamıza məktub ünvanlayan Cəlilabad rayon sakini Cəfərov Bəhruz Ramiz oğlu DİA.AZ-a yazdığı məktubunda bunları qeyd edir: “Mən 15.01.2013 tarixdə saat 08:30 radələrində Cəlilabad rayonundan Masallı istiqamətinə gedərkən Cəlilabad rayon avtovaqzalının qarşısında mülkü avtomabil ilə Nəqliyyat Nazirliyinin iki əməkdaşı, Əliyev Ramil və Həmidov Güloğlan Sübhan oğlu,mənim idarə etdiyim Hunday markalı 15-BL-450 dövlət nömrə nişanlı avtomabilimə dayanma işarəsi verdilər və mən də əmrə tabe olaraq avtomabili saxladım . Onlar mənə yaxınlaşıb maşına aid olan sənədləri istədilər. Mən lazımı olan sənədləri təqdim etdim. Fərqlənmə nişanım və əmtəə nəqliyyat qaiməsini təqdim etdim . Məndən lisenziya istədilər ,dedim yoxumdur, imkanım çatmır almağa. Əvəzində onlar bildirdilər ki, “onsuz da 5000 min manat verib lisenziya almağa “duxun” çatmaz ,yaxşısı budur əmilərə 20 manat baxm- görüm edin ,sizin salığınıza günortaya yaxın adama yüz qram araq vuraq” Hörmətli redaksiya, nəzərinizə çatdırım ki mən artıq bu nəqliyyat işçiləri olan Əliyev Ramil Vidadi oğlu və Həmidov Güloğlan Sübhan oğlunun əlindən bezmişəm .”Çünki onlar mənə harada rast gəlsələr məni saxlatdırıb pul tələb edirər”. Şikayətçi onu da bildirir ki,əlkəmizdə korrupsiyaya qarşı mübarizə aparılmaqına baxmayaraq hələdə dövletimizin siyasəti altında yerli məmurların törətdiyi çirkin əməlləri ilə gələcək prezident seçkilərini şübhə altına salmaqla hakimiyətdən əhalini bilərəkdən narazı salırlar.Şikayətçi məktubunda onu da yazır ki, “15.01.2013 çi il tarixində adlarını çəkdiyim şəxslər mənim edarə etdiyim avtomabili saxlatdırıb yenidən məndən pul tələb etdilər mən dedim ki artıq siz məni bezdirmisiniz və mən mənim sizə verəcək pulum yoxdur dedikdə onlar acığa mənə 100 manat çərimə yazıblar. Onu da qeyd edim ki,mən cərimə aktından imtina etdim. Səbəbi isə Nəqliyat yük daşınmalarına verilən lisenziyanın dövlət rusumu 150 manat olmasına baxmayaraq məndən 5000 manat istənilməsi olmuşdur.Cavabında nəqliyyat işçiləri mənə” səni elə ağıllaşdıracıq ki ,bundan sonra özün bizi görən kimi qaçıb yanmza gələcəksən”dedilər. Bundan sonra onlar aralarında məndən xəbərsiz cərimə aktı tətbiq edib mənim əvəzimə isə ,müfəttiş Ağayev Asif İqbal oğlu cərimə sənədinə imza atıb .Çox maraqlıdı, Ağayev Asif Həmin vaxt orda olmamışdır və belə düşünmək olar ki bunlar nəqliyat nazirliyin adından neçə neçə mənim kimi sürücülərə hədə- qorxu gələrək rüşvətlər yığırlar.Hörmətli redaksiya ,xahiş edirəm Cəlilabad rayon Nəqliyyat işçilərini özbaşnalıqını saytınız vasitəsilə aidiyyatı qurumların diqqətinə çatdırın ki, biz sürücülərin başına hansı oyunlar açılması məlum olsun və onlar bu özbaşnalığa müvafiq tədbir görsünlər. Qeyd edim ki ,Nəqliyyat nazirliyin Cəlilabad rayon şöbəsinin əməkdaşları məndən rüşvət tələb edən zaman mənimlə avtomabildə yol yoldaşı olan Ağazadə Taleh Vidadi oğluda bu haqsızlıqların şahididir . Məsələyə aydınlıq gətirmək üçün Nəqliyat nazirliyinin Cəlilabad rayon əməkdaşı Əliyev Ramil ilə telefon əlaqəsi saxlayıb deyilənlərə aydınlıq gətirdik. Əliyev Ramil deyilənlərə cavab olaraq bildir di ki ,bəli onlar 15.01 2013 ci il tarixdə Cəfərov Bəhruz Ramiz oğlunun idarə “Hunday” markalı yük maşınını saxlatdırıblar və yükdaşıma haqında lisenziyası olmadıqı üçün ona inzibati xətalar haqqında 154.1 ci maddə ilə cərimə tətbiq etmişik. Rüşvətə gəldikdə isə biz ondan pul istəməmişik .O bildirdi ki,bu yalan və böhtandır .Maraqlısı orasıdır ki,bəs onda ,görəsən sürüçünü nə vədar edib ki bu qurumdan şikayət edir?! Atalar yaxşı deyib ki,od olmasa tüstü çıxmaz. Geri qayıt |