Əsas Səhifə > Güney Press / Manşet > SUMQAYITDA QUMARXANA BİZNESİ DÖNÜR
SUMQAYITDA QUMARXANA BİZNESİ DÖNÜR26-01-2013, 11:36 |
![]() DİA.AZ: - Sumqayıtda Şəhər Polis İdarəsinin rəisi vəzifəsinə, polkovnik-leytenant Əkbər İsmayılovun əvəzinə İnterpolun Milli Mərkəzi Bürosunun rəisi General-mayor Sahib Mirzəyev təyin olunandan sonra şəhəri basmış onlarla qumarxanaların və əxlaqsızlıq yuvalarının əksəriyyətinin fəaliyyəti həqiqətən təmiz, bəzilərinin isə fəəaliyyəti qismən dondurulmuşdu. Amma DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, deyəsən vəziyyət artıq dəyişmək üzərədir. Belə ki, spn günlər “ənənəyə” uyğun olaraq artıq demək, bütün qumarxanalar və pritonlar yağışdan sonra peyda olan göbələklər kimi bir-birin ardından fəaliyyətini bərpa eməyə başlayıb. Mənbənin söylədikləri: “Konkret olaraq Üzeyir Hacıbayov küçəsindəki qumarxananı fakt kimi göstərmək olar. Hər halda bu qumarxanaya yeni rəisin gəlişindən sonra qadağa qoyulmuşdu. Indi isə əvvəlki “gərgin iş rejimi” bərpa olunub və bu da müəyyən şübhələrə səbəb olub. O səbəbdən ki, Sumqayıtda polisin icazəsi olmadan hətta “su budkası” da fəaliyyət göstərə bilməz”. Mənbə bütün bu baş verənlərin yerli sakinlər arasında yenidən narazılıqlara nədən ola biləcəyini də istisna etmədi: “Sumqayıtlılar isə artıq sevinməyə başlamışdılar ki, vəziyyət düzəlir. Yeni rəis vətəndaşların ürəyindən olan addımlar atır... Sən demə, yanılmışıq”. Geri qayıt |