Əsas Səhifə > Güney Press / Manşet > ELŞAD ABDULLAYEVƏ QARŞI ŞOK İDDİA
ELŞAD ABDULLAYEVƏ QARŞI ŞOK İDDİA24-01-2013, 16:37 |
![]() DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev internetdə yaydığı videolarla cəmiyyətin diqqət mərkəzində qalmaqdadır. Etiraf edək ki, yayılan videomateriallar şok görüntüləri ilə diqqəti cəlb edir. Ancaq məsələ orasındadır ki, indiyə qədər heç kim həmin videomaterialların hansı məqsədlə çəkildiyi, oradakı mesajların nə məqsədlə edildiyi və ümumiyyətlə Elşad Abdullayevin özünün törətdiyi qanunsuz əməllər barədə düşünmək belə istəməyib. Azərbaycanda kifayət qədər imkanlı şəxslərin olduğu halda məhz bu qədər hadisənin niyə məhz Elşad Abdullayevin başına gəlməsi belə müzakirə predmeti olmayıb. Məhz bunun nəticəsidir ki, cəmiyyətdə belə bir fikir formalaşıb ki, “guya neçə illərdən bəri Azərbaycanda bütün dövlət strukturları və vəzifəli şəxslər Elşad Abdullayevin ovu ilə məşğul olub. Bu şəxs “aydan-arı, sudan duru” olduğundan onu cəmiyyətdən təcrid etmək istəyiblər”. E. Abdullayevin açıqlamalarından belə bəlli olur ki, guya Azərbaycanda formalaşmış insan oğurluğu ilə məşğul olan mütəşəkkil dəstə bütün işini-gücünü atıb, Mahir Abdullayevin gizlədilməsi, yaxud aradan götürülməsi ilə məşğul olub. Nəhayət Elşad Abdullayevin şikayəti əsasında həbs edilən iş adamı Arzu Kazımovun vəkili Ramiz Zeynalov maraqlı açıqlama ilə çıxış edərək, illərdən bəri “donmuş buzu sındırmağı” bacardı. Vəkil mətbuata müsahibəsində deyib ki, Elşad Abdullayevin qardaşı Mahir Abdullayev sabiq rektorun 20 milyon manat pulunu götürüb qaçıb: “Elşad Abdullayev fürsətdən, müxtəlif əlaqələrdən istifadə edərək Beynəlxalq Universitetə rektor təyin edilib. Bundan sonra özünün gizli rüşvət və korrupsiya ilə bağlı olan fəaliyyətinə başlayıb. Sonradan oğurlanan və ya öldürülən qardaşı - ona oğurlanan sərf edir, çünki o özü öldürüb - orada pul yığmaqla məşğul olub. Daha sonra qardaşı ilə onun arasında olan problemlə əlaqədar olaraq (istintaq sirri ola biləcək hadisə olduğu üçün açıqlaya bilmirəm), qardaşı Mahir başa düşür ki, artıq universitetdə pul yığmaq işindən məhrum olacaq, onda saxlanılan 20 milyon manatı götürərək aradan qaçır. Kürdəmirin ayrı-ayrı kəndlərində, ayrı-ayrı adamların evlərində qalmaqla qardaşının onu tapmasına imkan vermir". Elşad Abdullayev isə vəkilin arqumentlərinə məntiqsiz, özündə heç bir faktı ehtifa etməyən cavab verib: “Ramiz Zeynalovun iddiaları əsassızdır. Bu sadəcə mütəşəkkil cinayətkar təşkilatın zərəçəkmişi susdurmaq üçün əl atdığı şantaj metodudur. Hacı Məmmədov oğurladığı adamların yaxınlarına belə deyirdi. Mən Arzu Kazımovla bağlı ortaya maddi sübutlar qoyuram. Videolar yayıram. Amma bunlar görün nə deyir”. Əslində E. Abdullayev vəkilin arqumentləri qarşısında bundan artıq cavabla çıxış edə bilməzdi. Çünki R. Zeynalov öz arqumentlərini əsaslanmış şəkildə ortaya qoyub. Həmin faktlar deməyə əsas verir ki, istintaq bir zaman Mahir Abdullayevin yoxa çıxmasında qardaşı E. Abdullayevin günahının olmasını sübut etsə, təəccüblənməyə dəyməz. Bunun inandırıcı olması üçün E.Abdullayevin təkcə ABU-dakı fəaliyyətinə nəzər yetirmək kifayətdir. Digər tərəfdən, indiyə qədər yayılmış videolardan belə məlum olur ki, E. Abdullayev hüquq-mühafizə orqanlarının əvəzinə qardaşının axtarışı ilə məşğul olub və görüşdüyü bütün vasitəçilər ondan qardaşının tapılması üçün pul tələb ediblər. Təbii ki, belə söhbətlər yalnız E. Abdullayein “qurbanları” ilə aparılıb və heç bir çəkilişdə onun kiməsə pul verməsi faktı əksini tapmayib. Yayılmış videoların ruhundan belə aydın olur ki, sanki E. Abdullayev “yağlı bir əppək” olub və hamı bundan maksimim yararlanmağa cəhd edib. Ancaq E. Abdullayevdə bu qədər vəsaitin haradan olması nədənsə heç kimin diqqətini cəlb etmir. Bu halda ən azı belə fikir yürütmək olur ki, ABU təhsil müəssisəsi kimi deyil, E.Abdullayevin şəxsi qazanc mənbəyi kimi fəaliyyət göstərib. Elə bu səbəbdən də ABU-ya rəhbərlik etdiyi müddətdə qardaşı Mahir Abdullayevin oğurlanması məsələsini indiki tərzdə qabartmayıb.Əksinə, bütün imkanlardan istifadə edərək hüquq-mühafizə orqanları tərəfindən qardaşının axtarışına maneəçilik törədib. İndi isə bütün cəhdlərinin əbəs olduğunu dərk edən Abdullayev məsələni siyasiləşdirmək yolunu seçib. Əgər belə olmasaydı E. Abdullayev indi yaydığı materialları o vaxt istintaqa təqdim edərdi. Daha, daxili işlər nazirinin müavini Zahid Dünyamalıyevin ölümündən sonra onun adından özünə bəraət qazandırmağa hesablanmış məlumatlar yaymazdı. Ancaq fakt odur ki, ABU adlanan “korrupsiya yuvasında” on minlərlə Azərbaycan gənci “təhsil” alıb və orada tüğyan edən rüşvətxorluğun şahidi olub. Təbii ki, bu proses həmin tələbələrin valideynlərindən də yan keçməyib. Deməli, cəmiyyətin xeyli hissəsi E.Abdullayevin necə insan olması və onun hansı fəaliyyət sərgiləməsi barədə xəbərdardır. Belə halda cəmiyyəti çaşdırmaq istəyi E. Abdullayevin özünə baha başa gələ bilər. \ olaylar.az \ Geri qayıt |