Əsas Səhifə > Güney Press / Manşet > İCRA BAŞÇISININ BU AXŞAM ƏMRİ VERİLƏ BİLƏR

İCRA BAŞÇISININ BU AXŞAM ƏMRİ VERİLƏ BİLƏR


24-01-2013, 14:47
İCRA BAŞÇISININ BU AXŞAM ƏMRİ VERİLƏ BİLƏR
DİA.AZ: - İsmayıllı olayları hakimiyyət içində də böyük təlaşla müşahidə olunmaqdadır. Lakin az əvvəl də xəbər verdik ki, bu prosesdə maraqlı olan tərəflər var və onlar hələ də baş verənləri nəzarətləri altında saxlayırlar.

DİA.AZ-a bu barədə danışhan bilgili qaynaq iddia edir ki, İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərov bu axşam istefaya göndəriləcək: В«Plan belədir və planın baş tutması üçün bütün işlər görülməkdədir. Eynən Qubada olduğu kimi. Rauf Həbibov 2 mart tarixində vəzifəsindən alındı… Nizami Ələkbərov da bu axşam vəzifəsindən alınmalıdırВ».

Mənbəmiz əlavə olaraq onu da bildirdi ki, baş verənlərlə bağlı davamlı olaraq prezidentə məruzə olunur: В«Amma bir neçə qaynaqdan alınan informasiyaların hamısı Nizami Ələkbərovun əleyhinədirВ».

Geri qayıt