Əsas Səhifə > Güney Press / Manşet > AĞSUDAN PREZİDENT APARATINA YÜRÜŞ OLACAQ

AĞSUDAN PREZİDENT APARATINA YÜRÜŞ OLACAQ


21-01-2013, 17:13
AĞSUDAN PREZİDENT APARATINA YÜRÜŞ OLACAQ
DİA.AZ: - Neçə müddətdir ki, yerli mətbuat Ağsu rayonunda baş verən məmur özbaşınalıqlarından yazmaqdadır. Bildirək ki, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun adamı kimi tanınan Ağsu rayonunun icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev barəsində redaksiyamıza yeni şikayət məktubu daxil olub.

Bu barədə DİA.AZ-a yazan narazı Ağsu sakinləri bildirir ki, icra başçısı özünü Ağsuda Bağdadın kor xəlifəsiВ» kimi hiss edir: В«Dəfələrlə yuxarı orqanlara müraciət olunsa da, kimsə Ənvər Seyidəliyevə söz demədiyindən şikayətlər qulaqardına vurulub. Məsələnin bu həddə olması da icra başçısının öz əməllərində daha da rahat olması ilə nəticələnibВ».

Şikayətçilər bildirir ki, bu günlərdə korrupsiyaya qarşı mübarizə idarəsinə Ənvər Seyidəylivein rayona ayrılan vəsaiti yerli maliyyə idarəsinin müdirinin əli ilə hansı formada mənimsəməsini sübuta yetirən konkret faktlar göndərilib: В«Bir qrup rayon sakini adından göndərdiyimiz müraciətə cavab gözləyirik. Əgər yenə də təqdim etdiyimiz faktlar nəzərə alınmazsa, o zaman Bakıya - Prezident Administrasiyasına yürüş edəcəyik. Çünki rayona ayrılan pulları dədə malı kimi cibinə qoyan və bunun qarşılığında yerli sahibkarlara, idarə və müəssisə rəhbərlərinə divan tutan Ənvər Seyidəliyev ağsuluları aşağılamağı vədridişinə çevirib. Yəni Səlim Müslümov bu qədərmi böyük adamdır ki, onun qohumu belə ərköyünlük edir?В»

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Bizi izləməkdə davam edin…

Geri qayıt