Əsas Səhifə > Güney Press / Manşet > GÜLƏR ƏHMƏDOVA TƏHLÜKƏSİZLİYİNƏ TƏMİNAT ALMALIDIR
GÜLƏR ƏHMƏDOVA TƏHLÜKƏSİZLİYİNƏ TƏMİNAT ALMALIDIR19-01-2013, 16:46 |
![]() DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev artıq bir neçə aydır ki, ölkə gündəmini lərzəyə gətirən videofaktlar açıqlamaqdadır. Artıq bu faktlar kifayət qədər işlər görüb. Gülər Əhmədovanın mandatı əlindən alınıb, Sevinc Babayeva müəmmalı şəkildə dünyasını dəyişib və eyni zamanda dünənə qədər В«boz kardinalВ» kimi təqdim olunan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin imperiyası çöküşün astanasına qədər gətirdilib. Bundan sonra nə baş verəcək? Bununla bağlı DİA.AZ-a danışan hökumət içindəki qaynağın iddialarına görə, hadisələrin bundan sonrakı axarını müəyyən etmək o qədər də çətin məsələ deyil: В«Başlanılan iş sonna çatdırılacaq. Söhbət Ramiz Mehdiyevi yola salmaqdan gedir. Çünki bütün bu proseslər В«boz kardinalВ»ın çöküşünə hesablanıb və buna nail olunacaqВ». Mənbəmiz bildirdi ki, amma bu arada ən təhlükəli vəziyyət Gülər Əhmədova ilə bağlıdır: В«Hər halda, Sevinc Babayevanın müəmmalı şəkildə dünyasını dəyişməsi faktı da təsdiqlədi ki, hər şey ola bilər. Elə Elşad Abdullayevin özü də bildirib ki, Gülər Əhmədovanın həyatına təhlükə var. Çünki Gülər xanım bu gün çox sirrlər bilir. Yəni kimlər üçünsə bu informasiyalılıq gərəkəndən artıq hesab olunmaqdadır. Və həmin qüvvələr maraqlıdırlar ki, Gülər Əhmədova sussunВ». Məhz bu baxımdan Gülər Əhmədovanın həyatının hər an təhlükə altında olduğunu söyləyən mənbəmiz onu da bildirdi ki, keçmiş deputat ən doğru addımı atmalı və hüquq-mühafizə orqanlarından can güvənliyinə təminat istəməlidir. Geri qayıt |