Əsas Səhifə > Güney Press / Manşet > VİLYAM HACIYEV İMİŞLİDƏ ÇOX OTURA BİLMƏYƏCƏK
VİLYAM HACIYEV İMİŞLİDƏ ÇOX OTURA BİLMƏYƏCƏK18-01-2013, 15:20 |
![]() DİA.AZ: - İmişlinin icra başçısı Vilyam Hacıyev problemlərlə üzləşib. Bu məlumatı DİA.AZ-a verən mənbənin sözlərinə görə, bir zamanlar Samux rayonuna rəhbərlik edən və bir müddət əvvəl İmişliyə başçı göndərilən Vilyam Hacıyev В«yuxarılarınВ» qəzəbinə tuş gəlib. Qaynaq iddia edir ki, icra başçısı çox nüfuzlu məmurlardan birinin hədəfinə çevrilib: В«Hansısa bir səbəbdən Vilyam Hacıyev ciddi şəkildə danlanılıb. Hətta vəziyyət o həddə çatıb ki, ünvanına olan qəzəbin etimadsızlığa çevrilməmçsi üçün Vilyam Hacıyev onu himayə edən qüvvələrə sığınıb. Və bir neçə gündür ki, Bakıda olan icra başçısı Prezident Administrasiyasında ona qarşı olan ab-havanı yatırtmaqla məşğuldurВ». Mənbəmiz onu da əlavə etdi ki, yaxın günlərdə Vilyam Hacıyev görəvindən alınacaq: В«Belə bir nümunə var. Məsələn, Şəkinin keçmiş icra başçısı bir il vəzifə başında otura bilməmişdi. Yəni şərt deyil ki, bir nəfər bir rayon 5-10 il vəzifə başında qalsın. Kimsə onlara belə bir toxunulmazlığı vəd etmirВ». Geri qayıt |