Əsas Səhifə > Güney Press / Manşet > SƏHİYYƏDƏ RƏZALƏT! PULUNU VER, UŞAĞINI APAR!

SƏHİYYƏDƏ RƏZALƏT! PULUNU VER, UŞAĞINI APAR!


18-01-2013, 14:17
SƏHİYYƏDƏ RƏZALƏT! PULUNU VER, UŞAĞINI APAR!
DİA.AZ: - Elmi Tədqiqat Mamalıq və Genekologiya İnstitutunda ( ETMGİ) rüşvətxorluq izaedilməz durumdadır. Belə ki, gələcəyimizin təməli olan bu məkanda rüşvət verməyən posiyentlərin heç üzünə belə baxmırlar.

DİA.AZ bildirir ki, 7GUN.az-a daxil olan məlumata görə, institutun rəhbəri Nigar Axundova dövlət müəssisəsini özəl sektora çevirib. Bu tibb ocağından şəxsi mülkiyyəti və gəlir mənbəyi kimi istifadə edən baş həkim rüşvət almaq məsələlərində heç kimdən çəkinmədiyini açıqca bildirir. Əldə etdiyimiz məlumata görə, vaxtında əvvəl doğuş üçün tibb ocağına müraciət edənlərin ilk növbədə imkanlı olub-olmadığı öyrənilir. Vaxtından əvvəl doğulmuş uşaq bir neçə gün kuvəz aparatında qalmalıdır ki, müəyyən vaxt ərzində həmin aparat vasitəsilə saxlanılsın. Bu aparatda saxlanmağın isə başqa bir qiyməti var. Narazılıq edənlərə “ bizdə boş kuvəz yoxdur” cavabını verərək yola salırlar. Əksər şikayətçiləri Oqtay Şirəliyevin üzərinə qaldırırlar ki, bununla tibb ocağının rəhbərliyi özünü günahlardan və qanunsuzluqlardan sığortalamağa çalışır: "Bizə bu aparatı dövlət verməyib. Bu aparatı öz vəsaitimiz hesabına almışıq. Gedin şikayətinizi Oqtay Şirəliyevə edin. Bizə aparatı satıb ki, pul alaq".

Maraqlıdır ki, Səhiyyə Nazirliyinin qaynar xəttinə edilən müraciətlər əksər hallarda cavabsız qalır. Buna da nazirin və nazirlik əməkdaşlarının məsuliyyət daşıdığı sırr deyil.

Sonda onu da bildiririk ki, sözügedən tibb müəssisəsinin baş həkimi bir müddət bundan əvvəl 1 saylı ( köhnə Əzizbəyov adına) doğum evində baş həkim vəzifəsində çalışmış sonra ciddi nöqsanlara görə işdən uzaqlaşdırılmışdır. Amma N. Axundovanın O. Şirəliyevlə yaxın münasibətləri onu işsiz qoymamışdır.

Bizə məlumat verən mənbə özü də bu tibb ocağından şikayətçidir və bizim vasitəmizlə baş prokurora, prezidentə müraciət edilərək qanuni ölçü götürülməsini istəyir.

Vətəndaş bildirir ki, özü şəxsən insttutda qanunsuzluqla üzləşib. Bu hallar da vətəndaşın konstusion hüquqların birməanlı olaraq ayaqlar altına atır. Hesab edirik ki, səhiyyə naziri hörmətli Oktay Şirəliyev baş verənlərə münasibət bildirəcək.

Növbəti yazılarımızda isə nazirlə baş həkimi bağlayan tellər barədə ətraflı məlumat verəcəyik.

Geri qayıt