Əsas Səhifə > Güney Press / Manşet > VƏTƏNDAŞ DYP İŞÇİSİNDƏN NİYƏ ŞİKAYƏTÇİ DÜŞÜB?
VƏTƏNDAŞ DYP İŞÇİSİNDƏN NİYƏ ŞİKAYƏTÇİ DÜŞÜB?10-01-2013, 16:42 |
![]() DİA.AZ: - Bu gün son 24 il ərzində Azərbaycanda yol qəzalarında 23 mindən artıq vətəndaşımızın ölməsi xəbərinin əks olunduğu statistik rəqəmlər açıqlandı. Hər halda, dəhşətli bir mənzərədir. Elə DİA.AZ-a daxil olan oxucu şikayətinin də bu mövzuda olduğunu nəzərə alaraq onu olduğu kimi diqqətinizə çatdırırıq. “9 Yanvar 2012-ci il tarixi saat 11:10 radələrində 28 May küçəsi ilə 28 May istiqamətində öz maşınım ilə hərəkət edirdim. Məlumunuzdur ki, körpü altından sol tərəfdən keçdikdən sonra 4 zolaqlı yol bir anda 1.1 bütöv üfüqi nişanlanma xətti ilə 2 hərəkət zolağına dönüşür. Xəbərdarlıq nişanların yerləri düzgün seçilməyib. Baş yolunun bitişini göstərən müvafiq nizamlayıcı nişan sağ tərəfdə svetoforun yanındadır. İkitərəfli hərəkət nişanı yolu qarşı tərəfində ancaq sağ tərəfdədir. 4 zolaqlı yolun sol zolağı ilə nəqliyat vasitələrini sürən sürücülər 4 zolaqlı yolun sağ tərəfində qoyulmuş nişanı sağ tərəflərində hərəkət edən nəqliyyat vasitələrinin (avtobus vs.) sıxlığı ilə görməyə bilirlər. Eyni bu yolda statistik olaraq eyni gün və ondan sonrakı günlər durub qeydiyyat apardım. Eyni yolda xəta törədən sürücülərin statistikası göstərir ki nişanlanma kifayət eləmir. 4 zolaqlı yol iki zolaqlı yola dönüşürsə mütləq yol üstündə yuxarıda sol zolaqlarla hərəkət edən sürücülərin görə biləcəyi şəkildə xəbərdarlıq kimi yolun daralması nişanı qoyulmalıdır. 4 zolaqlı yolun sol tərəfindən hərəkət edən sürücülər 70%-i hərəkətlərinə 1.1 bütöv üfüqi nişanlanma xətti ilə ayrılmış yolun əks istiqaməti ilə yollarını davam etdirirlər. Buna səbəb 1.1 bütöv üfüqi nişanlanma xətti ilə ayrılmış yolun bir tərəfində Kapital Bankın şöbəsinin varlığı və həmən şöbənin yanında ilk zolaqda nəqliyyat vasitələrinin park etməsi, bank NV-lərin solda 2-ci zolaqda dayanması və bu kimi hallar yanaşı bu yolda vəzifələndirilən DYP Polisi əməkdaşlarının isə bu yolda baş verəcək qəza və xətaları azaltmaq əvəzinə vəzifəsindən sui istifadə edib Mehbali Zeynalabdiyev küçəsində 'pusqu' qurub təkcə sürücüləri cəzalandırmaqla məşğul olması göstərilə bilər. DYP əməkdaşların vəzifələri bu olmamalıdır. Onlar sürücülərin mümkün ola biləcək yol hadisələrini statistikasını çıxarıb araşdırıb buna müvafiq həll yolu gətirməyə meyilli olmalıdırlar. Yolun mühəndislik xətası olduğunu bildirsəm də DYP əməkdaşı biganə yanaşdı. Sözügedən əməkdaşınız vəzifə borcunu layiqincə yerinə yetirmədiyi üçün ondan şıkayətçiyəm. Qarşılaşdığım bu halla əlaqədar ciddi tədbir görülməsini sizdən xahiş edirəm”. Geri qayıt |