Əsas Səhifə > Güney Press / Manşet > KƏLBƏCƏR QAÇQINI ƏLİ HƏSƏNOVDAN NƏYİ İSTƏDİ?
KƏLBƏCƏR QAÇQINI ƏLİ HƏSƏNOVDAN NƏYİ İSTƏDİ?10-01-2013, 14:26 |
![]() DİA.AZ: - Kəlbəcər rayonundan məcburi köçkün, hal-hazırda Tərtər rayonunun Bəyimsarov kəndində müvəqqəti məskunlaşmış Abışov Abbas Novruz oğlu tərəfindən Qaçqın və Məcburi Köçkünlərlə iç üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova şikayət məktubu ünvanlanıb. Bir surəti də DİA.AZ-a daxil olan həmin məktubu olduğu kimi diqqətinizə təqdim edirik. Məktubda deyilir: “Bildirirəm ki, mən bir şəxsin evnin həyətində tövlə üçün tikdirdiyi bir balaca daxmada yaşayıram. Yaşadığım daxmada iki çarpayı yerləşmir. Darısqallığa görə uşaqlarım qohum evində qalır. Çox çətin şəraitdə yaşayıram. Ailə üzvlərim 5 nəfərdən ibarətdir. Aidiyyəti yerlərə müraciət etmişəm. Baxılmayıb. Dəfələrlə müraciət edirik yazılı şəkildə amma, məktuba cavab belə gəlmir. Şikayət və təkliflər barəsində ali qanunu var. təəssüf ki, bu qanunu icra etməyən tərəflər var. Kimə müraciət edək? sizə inanırıq. Xahiş edirəm bizə Kəlbəcər köçgünlərinə Gəncə şəhərində inşa olunan binalardan mənə bir otaqlı olsa da, mənzil verilməsinə köməkdarlıq göstərəsiniz Əvvəlcədən öz minnətdarlığımızı bildiririk”. Geri qayıt |