Əsas Səhifə > Güney Press / Manşet > MEHDİYEVİN İCRA BAŞÇILARI NARAHATDIR
MEHDİYEVİN İCRA BAŞÇILARI NARAHATDIR9-01-2013, 16:13 |
![]() DİA.AZ: - Son günlər baş verən olaylar bəzi rayonların icra başçılarının da kürkünə birə salıb. Belə ki, özünü Ramiz Mehdiyevin komandasında görən bir neçə icra başçısı bu günlərdə məclislərin birində təsadüfən bir araya gəliblər və sonradan maraqlı bir olay yaşanıb. Bu barədə DİA.AZ-a danışan hökumət içindəki qaynaq iddia edir ki, məclisdə iştirak edənlərin arasında Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov və başqaları da olub. Mənbə iddia edir ki, ən çox narahat olanı isə Asif Əsgərov olub: В«Asif Əsgərovun daha yüksək vəzifəyə təyin edilməsi planı var idi. Amma indi onun bu arzuları da ürəyində qalıb. Çünki Ramiz Mehdiyevin adamı kimi В«vurulacaqlarınВ» siyahısında ilk yerdə gələnlərdən biri məhz Asif ƏsgərovdurВ». Mənbəmiz bildirir ki, həmin məclisdə icra başçıları son durumu müzakirə edərək vəziyyətdən çıxış yolu axtarıblar: В«Doğrudur, çox şeyi zarafata salsalar da, yenə də narahatçılıqları üzlərindən oxunubВ». Onu da bildirək ki, redaksiyamıza bir başqa ünvanlardan daxil olan informasiyadan isə aydın olur ki, Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov da pəjmürdə olanlar sırasındadır. Belə ki, bir zamanlar Prezident Administrasiyasında çalışan Rafil Hüseynovun Masallıya təyinatında məhz В«Ramiz Mehdiyevin adamıВ» olması faktoru mühüm rol oynamışdı. Geri qayıt |