Əsas Səhifə > Güney Press / Manşet > AZAD RƏHİMOVA QARŞI YENİ KOMPROMATLAR
AZAD RƏHİMOVA QARŞI YENİ KOMPROMATLAR9-01-2013, 11:08 |
![]() DİA.AZ: - Yenilənməyə hamilə olan hakim düşərgə daxilində gərginlik səngimək bilmir. Doğrudur, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov dünən mətbuata verdiyi müsahibəsində bildirib ki, hakimiyyət daxilində heç bir dəyişiklik baş verməyəcək. Amma proseslərin heç də Əli Həsənovun baxış və maraq bucağında cərəyan etmədiyi gün kimi aydın olduğundan PA rəsmisinin məlum açıqlaması o qədər də böyük rezonans yaratmadı və həm də ciddiyə alınmadı. DİA.AZ-a daxil olan məlumatlarda isə bildirilir ki, məhz gözlənilən dəyişikliklər səbəbindən Əli Həsənovun da təmsilçisi olduğu hakimiyyətiçi qruplaşma alternativ yollar, hansı şəkildə müqavimətin göstərilə biləcəyi barədə müzakirələr aparmaqdadır. Mənbəmiz iddia edir ki, hətta bu arada prezidentin yeni komandasının üzvləri ilə bağlı mətbuata kompromatların ötürülməsi ideyası daha çox populyarlıq təşkil edir: В«Yəni onlar düşünürlər ki, bu yolla vəziyyəti daha da qarışdıra, özlərini ictimai diqqətdən yayındıra biləcəklərВ». Xatırladaq ki, az əvvəl də belə bir ideyanın varlığından, hətta bəzilərinin gizli video çəkilişlərinin yayıla biləcəyindən söz etmişdik. Mənbəmiz iddia edir ki, hədəfdə olanlardan biri də gənclər və idman naziri Azad Rəhimovdur: В«Onunla bağlı kompromat dolu dosya artıq qəzet redaksiyalarına göndərilməsi üçün hazırdır. Eyni zamanda dosyada Azad Rəhimovun ayrı-ayrı məclislərdəki qeyri-münasib videogörüntüləri də yer alıb ki, həmin materialların da internet vasitəsilə yayılması planlaşdırılırВ». Onu da bildirək ki, Azad Rəhimova qarşı buna qədər də müxtəlif ifşaedici faktlar mətbuat səhifələrində yer alıb. Və bu faktlarda qeyd olunub ki, Azad Rəhimov futbol qumarına aludə olmaqla yanaşı, psixotrop maddələrə də maraqlı bir şəxsdir. İndi buk imi faktların konkret sənədlərə söykənən şəkildə mətbuatda geniş şəkildə işıqlandırılacağı gözlənilir ki, bu yolla da kimlərin nələrə nail olmaq istədiklərini qeyd etdik. Geri qayıt |