Əsas Səhifə > Güney Press / Manşet > MİLLƏT VƏKİLİNİ QUBADA DÖYMƏK İSTƏYİBLƏR
MİLLƏT VƏKİLİNİ QUBADA DÖYMƏK İSTƏYİBLƏR7-01-2013, 16:13 |
![]() DİA.AZ: - Elə bu dəqiqələrdə DİA.AZ-a Qubadan maraqlı bir məlumat daxil olub. Rayon sakinləri adından redaksiyamıza müraciət edən Sahib Əlyarov adlı şəxsin sözlərinə görə, keçən ilin 1 Mart tarixində rayonda baş verən məlum hadisələrdəki mövqeyi səbəbindən qubalıların arasında əməlli-başlı nüfuz itkisinə uğrayan rayonun deputatı Vahid Əhmədov yeni il ərəfəsində Qubada hücuma məruz qalıb. Mənbə iddia edir ki, Qubada baş verən hadisələr zamanı Vahid Əhmədov kimsənin həbs olunmayacını vəd etsə də, sonradan nə həbslərin qarşısını ala bildi, nə həbs olunanların yaxınlarını dinlədi, nə onların məhkəməsinə gəldi, nə də onlarla bağlı hansısa problemi Milli Məclisdə qaldırdı: В«Bu da qubalılarda böyük qəzəb yaratdığından bu gün də Vahid Əhmədova qarşı böyük bir etimadsızlıq var. Hətta onun geri çağrılmasını təklif edənlər də var. Amma biz məhkəmənin bitməsini gözləyirdikВ». Rayon sakini iddia edir ki, bayram ərəfəsində Qubada görünən deputata hətta rayon sakinlərindən biri hücum da edib: В«Amma ağsaqqallar deputata qarşı hansısa addımın atılmasına imkan verməyiblər. Lakin məsələ belə qalmayacaq və Vahid Əhmədovun mandatını əlindən alana qədər gedəcəyikВ». Geri qayıt |