Əsas Səhifə > Güney Press / Manşet > RAUF HƏBİBOVU BUNDAN SONRA NƏ GÖZLƏYİR?

RAUF HƏBİBOVU BUNDAN SONRA NƏ GÖZLƏYİR?


25-12-2012, 16:46
RAUF HƏBİBOVU BUNDAN SONRA NƏ GÖZLƏYİR?
DİA.AZ: - 1 Mart Quba olayları zamanı vəzifəsindən alınmış keçmiş icra başçısı Rauf Həbibovun durumunun ağırlığı bu gün onunla bağlı açıqlanan qərarla tam ortaya çıxmış oldu. Bu ilginc açıqlama DİA.AZ-a iqtidar daxilindəki mötəbər mənbələr tərəfindən ötürülüb. Bilgili qaynağın iddialarından belə aydın olur ki, Rauf Həbibovun itiprdiyi təkcə YAP üzvlüyü olmayacaq.

Mənbənin söylədikləri: В«Artıq onunla bağlı müəyyən addımlar atıla bilər. Çünki Rauf Həbibov vəzifəsindən alınsa da, o, qubalı deputat Vahid Əhmədovla hələ də münaqişəsini davam etdirirdi. Hətta elə bir məqam yetişdi ki, Rauf Həbibov Vahid Əhmədova qarşı mətbuatda kampaniya belə aparmağa cəsarət göstərdi. Amma Vahid Əhmədov da sakit dayanmayaraq gedişində ondan şübhələnən icra başçısı ilə haqq-hesabını tam olaraq çürütdüВ».

Mənbəmiz bildirir ki, zamanında Ramiz Mehdiyevin kurasiyasında olan Rauf Həbibovun bir çox məqamlarda Prezident Administrasiyasından təlimatlar alması da bu baş verənlərdə rol oynayıb.

Bildirək ki, Rauf Xeyrulla oğlu Həbibov 1 aprel 1965-ci ildə Lənkəran şəhərində anadan olub.
Əmək fəaliyyətinə 1982-ci ildən Qaradağ Tikinti Materialları Kombinatında fəhləlikdən başlayıb.
1990-cı ildə İnşaat Mühəndisləri İnstitutunu bitirib. Uzun illər tikinti sahəsində çalışıb, "Günəş" kiçik müəssisəsinin direktoru, "Müstəqil Balbelan" müəssisəsinin direktor müavini vəzifələrində işləyib.
1 oktyabr 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir[1].
2012-ci ilin fevral ayının sonlarında Rauf Həbibovun internetdə yayılan video-çıxışına[2] etiraz olaraq mart ayının 1-də Rayon İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirilib. Həmin videoda RİH başçısı qubalıların ünvanına bir sıra təhqirlər səsləndirib.
2 mart 2012-ci ildə Rauf Həbibov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir.

DİA.AZ-a verilən xəbərlərə görə, Rauf Həbibovun bundan sonrakı aqibəti daha da betər ola bilər. Bu barədə danışan qaynaq idda edir ki, osabiq icra başçısının əlində çox ciddi biznes imkanları var: “Hələlik təhlükədə olanı onun biznesidir. Amma sonradan “üsulluca” davranmayacağı təqdirdə azadlığı belə təhlükə altına düşə bilər”.

Geri qayıt