Əsas Səhifə > Güney Press / Manşet > RAMİZ MEHDİYEV AVROPALI SƏFİRLƏRİ HƏDƏLƏYİB
RAMİZ MEHDİYEV AVROPALI SƏFİRLƏRİ HƏDƏLƏYİB21-12-2012, 17:16 |
![]() DİA.AZ: - Bir neçə gün əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev В«Demokratiya adına incəsənətВ» proqramının təqdimat mərasimində iştirak edən bir neçə Qərb ölkəsinin Bakıdakı səfirlərini yanına çağıraraq onların diqqətinə öz etirazını çatdırıb. DİA.AZ bildirir ki, bu barədə mötəbər mənbələrə istinadən xəbər verən В«TuranВ» agentliyinin məlumatında qeyd olunur ki, Ramiz Mehdiyev səfirlərin hərəkətinin yolverilməz olduğunu çox sərt formada həmin görüşdə ifadə edib. Həmin qaynağın iddialarına görə, Azərbaycanın yerli hakimiyyəti sözügedən proqramın koordinatoru Rebekka Vinsenti Azərbaycana buraxmamaqla bağlı təhdid ediblər. Xatırladaq ki, qeyd olunan tədbir 11 dekabrda Bakıda caz-mərkəz-də keçirilib və tədbirin təşkilatçısı insan haqqları klubu olub. Həmin tədbirdəcə yeni hüquq müdafiə təşkilatı yaradılıb: В«Demokratiya naminə incəsənətВ» (Art for democrasy ). Həmin tədbirə birbaşa dəstəyi isə Böyük Britaniyanın Bakıdakı səfirliyi və В«Civic SolidarityВ» təşkilatı verib. Tədbirdə Böyük Britaniya səfiri ilə yanaşı, Fransanın səfiri də iştirak edib. Eyni zamanda tədbirə ABŞ dövlət katibinin köməkçisi Tomas Melia da qatılıb. Onların hamısı incəsənət müstəvisindən insan haqqlarına yanaşmanı öz ölkələri tərəfindən dəstəkləndiyini ifadə ediblər. Eyni zamanda Fransanın səfiri Paskal Monye В«Avroviziya-2012В» mahnı müsabiqəsi öncəsi düzənlənən В«Demokpratiya naminə oxuВ» kampaniyasını bəyəndiyini də ifadə edib. Onu da bildirək ki, sözügedən tədbirin rəsmi Bakıda böyük qıcıq yaratdığı da qeyd olunur ki, sonradan rəsmi mətbuatda səfirlərin üzərinə yeni hücum kampaniyasının təşkilindən də bunu sezmək mümkün idi. Geri qayıt |