Əsas Səhifə > Güney Press / Manşet > LAÇININ İCRA BAŞÇISI İLK QURBANLARDANDIR

LAÇININ İCRA BAŞÇISI İLK QURBANLARDANDIR


21-12-2012, 15:32
LAÇININ İCRA BAŞÇISI İLK QURBANLARDANDIR
DİA.AZ: - Hələ bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, gəklən ilin əvvəlindən etibarən total kadr islahatlarına start veriləcək ki, bu əsnada da iki nazirin, həmçinin ondan artıq rayonun rəıhbərinin dəyişdirilməsi nəzərdə tutulur. DİA.AZ-a bununla bağlı daxil olan son xəbərlərə görə, yanvar ayında görəvini itirənlər sırasında Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılovun da adı var.

Mötəbər mənbənin verdiyi informasiyada qeyd olunur ki, rayon sakinlərinin icra başçısının əməlləri ilə bağlı ölkə prezidenti İlham Əliyevə göndərdiyi çoxsaylı şikayət məktublarından sonra Ramiz Cəbrayılovun fəaliyyəti ciddi şəkildə yoxlanılıb: “Ramiz Cəbrayılov artan sosial gərginliyin qarşısını almaq üçün hər vasitəyə əl atır. Hətta rayonun ziyalılarını da belə şantaj xarakterli təhdidlərlə qorxudur”.

Mənbə bildirir ki, yoxlama zamanı sakinlərin ortaya qoyduğu faktlar öz təsdiqini tapıb. Bu səbəbdən də onun da adı gələn ilin yanvarına tədarükü görlüən islahatların “qara siyahısı”na salınıb. Məlumat üçün bildirək ki, icra başçısı olana qədər Ramiz Cəbrayılov Laçın rayon Məşğulluq İdarəsinin rəisi və DSK-nın sədri fəzifələrində çılışıb. Və onun DSK-dakı saxtakarlıqlarının nəticəsi olaraq rayona rəhbər gətirildiyi də deyilir və bu işdə Prezident Administrasiyası rəhbərliyinin müstəsna rol oynadığı da söylənilir.

Geri qayıt