Əsas Səhifə > Güney Press / Manşet > HAKİMİYYƏT İÇİNDƏ VİDEO-VİDEO OYUNU ŞİDDƏTLƏNİR
HAKİMİYYƏT İÇİNDƏ VİDEO-VİDEO OYUNU ŞİDDƏTLƏNİR20-12-2012, 16:15 |
![]() DİA.AZ: - Az qala iki aya yaxındır ki, hücumlara məruz qalan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin В«videoya videoВ» ilə cavab niyyəti deyəsən, qətiləşib. Bu ilginc məlumatı DİA.AZ-a hökumət içindəki qaynaqlar ötürüb. Mötəbər mənbənin bildirdiklərindən belə aydın olur ki, PA şefinin də əlində xeyli sayda kampramat xarakterli məlumatlar var: В«Diqqət yetirin, bu gün bəzi mətbu orqanlar Gülər Əhmədovanın da əlində əks-hücum effektli videoçəkilişlərin olduğunu yazırlar. Daha sonra belə bir təbliğat da aparılır ki, guya prezident İlham Əliyev Ramiz Mehdiyevi dəstəkləyir. Bunların hansı maraqlara xidmət etdiyini və kimlər tərəfindən В«raskrutkaВ»ya buraxıldığı gün kimi aydındır. Təbii ki, burada yeganə maraqlı tərəf Ramiz Mehdiyevdir və PA şefi bu yolla bir neçə ünvana ismarıclarını ötürürВ». Mənbəmiz bildirir ki, Ramiz Mehdiyev В«prezident məni dəstəkləyirВ» rəyini formalaşdırmaqla, əslində yaxın çevrəsini əlində saxlamağa çalışır: В«İkinci təbliğat isə qarşı tərəfin şantaj olunmasına xidmət edir. Bu yolla PA şefi bildirir ki, onun da əlində videoçəkilişlər var və həmin çəkilişlərlə nəinki kimlərisə yola salmaq olar, ümumiyyətlə, ciddidən hakimiyyət böhranı yaratmaq mümkündürВ». Gələn məlumatlarda o da bildirilir ki, Ramiz Mehdiyev hələlik tədarük içindədir: В«Ona yaxın şəxslərin hakimiyyətin birinci simaları haqqında dedikləri mənfi sözlərin əks olunduğu videoçəkilişdən söhbət aparılır. Bu videoçəkiliş yayılarsa, aləm bir-birinə dəyəcək. Amma Mehdiyevin yaxınları da alternativ olaraq, həmin səs-küyü kölgədə qoya biləcək böyük ajiotajlı bir videoçəkilişi yaymağa hazırlaşırlar. Məsələ bundadırВ». Geri qayıt |