Əsas Səhifə > Güney Press / Manşet > İRAN İNDİ DƏ BÜTÜN QAQFAQAZA İDDİA EDİR
İRAN İNDİ DƏ BÜTÜN QAQFAQAZA İDDİA EDİR18-12-2012, 14:39 |
![]() DİA.AZ: - Davamlı olaraq Azərbaycana qarşı müxtəlif yönlərdən hücum edən fars-molla rejimi indi də deyəsən, hücumlarının miqyasını daha da genişləndirmək fikrinə düşüb. DİA.AZ bildirir ki, İranın xüsusi xidmət orqanlarının nəzarəti altında olanq və özünün antiAzərbaycan, antiTürk mövqeyi ilə seçilən В«AranNewsВ» portalında yer alan sonuncu məqalədə isə mola təbliğatçıları daha da irəli gedərək bütünlükdə olaraq Qafqaza iddia irəli sürüblər. Hələlik, tarixi müstəvidə olan bu iddiaların günlərin birində siyasi müstəviyə keçid alacağını təxmin etmək o qədər də çətin deyil. Çünki rəsmi Tehranın bu kimi davranışlarının bir zamanlar Azərbaycanın tarixi və mədəni keçmişini saxtalaşdıran və ardından da Azərbaycan torpaqlarında özlərinə dövlət qurub, sonradan Qarabağ adlı türk torpağını işğal edən ermənilərdən heç bir fərqi yoxdur. Üslub və darvnaşı eynidir. Təbii ki, aqibətin eyni olmaması üçün ayıqlığımıza ehtiyac var. Həmin qəbildən olan və mola mətbuatında yer alan materialı diqqətinizə çatdırırıq: В«Qafqaz araşdırmaları eksperti Bəhram Əmir Əhmədian Ərdəbildə keçirilən "Fotoşəkillər və sənədlər" sərgisin haşiyəsində vurğulayıb: "Mədəniyyət və sivilizasiyanı tanımaq üçün keçmiş vəziyyəti tanımaq lazımdır. Qafqaz regionunun tarixi bu məntəqənin mədəniyyətinin İran mədəniyyəti ilə dərin qarışmasının göstərir". O artırıb: "Bu məntəqənin alim, şair və mütəfəkkirlərinin çoxunun əsərlərinin fars dilində və İran mədəniyyətinə münasib olması İran mədəniyyəti fəzasında yaşamalarına sübutdur". Əmir Əhmədian vurğulayıb: "Tarixi xəritələrdə Qafqazın sərhədlərinin saxtaşdırılması aydın bilinir və bəzi vaxtlar səhvən bu məntəqə Orta Asiya ilə eyni bilinir". O, önəmli tarixi mədəniyyətlərin, siyasi və coğrafi mövqelərin aşkar olması üçün Qafqaz barədə araşdırmaların zəruriliyini bildirərək deyib: "Bu məntəqədə məskunlaşmış tayfalar arasında təfriqə salmaq istəyənlər, məntəqənin mədəniyyətini təhdid edirlər. Bu saxtakarlıq qarşısında ayıq olmaq lazımdır". Qafqaz araşdırmaları mütəxəssisi bəzi tarixi xəritələrə istinad edərək deyib: "Bu xəritələrdə İran və onun qonşularının sərhədləri tamamilə fərqlidir. Məsələn, onların birində Qafqaz, İran ölkəsinin tərkibində verilir". "Qafqazın tarixi" kitabının müəllifi Qafqaz barədə araşdırmaların genişləndirilməsi məqsədilə mədəniyyət aparatlarının bu işə qoşulmasını istəyib. O artırıb: "Qafqazın tarixinin araşdırılmasının əhəmiyyətli olmasına baxmayaraq, mədəniyyət aparatları tərəfindən maddi məhdudiyyətlər üzündən geniş araşdırmalar apara bilmirik"В». Geri qayıt |