Əsas Səhifə > Güney Press / Manşet > RAMİZ MEHDİYEVİN ADAMI ŞOK FAKTLAR AÇIQLAYACAQ

RAMİZ MEHDİYEVİN ADAMI ŞOK FAKTLAR AÇIQLAYACAQ


16-12-2012, 12:58
RAMİZ MEHDİYEVİN ADAMI ŞOK FAKTLAR AÇIQLAYACAQ
DİA.AZ:- Xəbər verdiyimiz kimi, “Azərbaycan" qəzetinin şöbə müdiri, Əməkdar jurnalist Xalid Niyazov istefa verib... Bu barədə daxil olan məlumatda belə bildirilirdi: “...Xalid Niyazovun müdir olduğu şöbə ləğv edildi. Ali Qanunverici orqanın-MM-in qəzetində-Əməkdar jurnalist Xalid Niyazovun müdir olduğu Dövlət quruculuğu şöbəsinin ləğv olunması olduqca əcaib məsələdir... Jurnalist isə buna etiraz olaraq istefa verib. Keçmiş ABU rektoru E.Abdullayevin R.Mehdiyev barədə son açıqlamalarından sonra R.Mehdiyevə bu qəzetdə ən etibarlı və peşəkar bir jurnalistin müdir olduğu şöbənin ləğvini, bunun üstündən onun etirazla istefasını şok hadisə hesab etmək olar. Çünki əslən Qərbi Azərbaycandan olan X.Niyazov PA rəhbərliyinə çox yaxın və məlumatlı şəxslərdən biri sayılır... Onun Əli Həsənovla da sıx əlaqələri var. Hətta birlikdə kitab yazıblar, Türkiyədə nəşr edilib. RAMİZ MEHDİYEVİN ADAMI ŞOK FAKTLAR AÇIQLAYACAQ
Həmçinin Ə.Həsənov X.Niyazovun elmi rəhbəridir. Ola bilsin ki, kimlərsə bu addımı ılə Niyazovu qıcıqlandırmaq, bütün PA-dakı və qəzetdəki sirləri ortaya qoyması üçün onu belə məcburi addım atmağa təhrik etmək niyyəti güdür. Onun isə ən yaxın günlərdə şok açıqlama yayacağı sirr deyil... Çünki bu qəzetdə həqiqətən də ondan savadlı və peşəkar jurnalist demək olar yoxdur..."

DİA.AZ bildirir ki, bu gün çox maraqli bir məlumat göndərilib. Bildirilir ki, X.Niyazov bu gün sosial şəbəkələrdə şok açiqlamalar yayacaq. Bu məlumatlar sırasında isə həm də “Azərbaycan" qəzetinin rəhbərliyi barədə məlumatlar var... Bu dəqiqələrdə istefa vermiş X.Niyazovla əlaqə saxlayan “Təzadlar” qəzetinin əıməkdaşına o, öz istefasını təsdiqlədi... Sosial şəbəkələrdə hansısa şok açiqlamaları yayacağı xəbərinə gəlincə, o, bunu nə təkzib, nə də təsdiq etdi... Amma cavabı belə oldu: “Siz sosoal şəbəkələri izləyin, çox şeylərin şahidi olacaqsınız... "

Geri qayıt