Əsas Səhifə > Güney Press / Manşet > ŞƏKİDƏ SAKİNLƏR YOLSUZLUQDAN GİLEY EDİRLƏR

ŞƏKİDƏ SAKİNLƏR YOLSUZLUQDAN GİLEY EDİRLƏR


14-12-2012, 16:31
ŞƏKİDƏ SAKİNLƏR YOLSUZLUQDAN GİLEY EDİRLƏR
DİA.AZ: - Bir ildən çoxdur ki, Şəkidə (Şəki -Oğuz yolunda) xəstəxana tikilib istifadəyə verilsə də, bu günə qədər xəstəxananın yaxınlığında avtobus dayanacağı tikilməyib. DİA.AZ bildirir ki, bu barədə gozetci.az portalına Şəki sakinləri məlumat verib.

Onların dediyinə görə orada dayanacağın olmaması sakinlərə, xüsusilədə xəstəxanaya gələnlərə problemlər yaradır: "İsti və soyuq havalarda insanlar avtobus gözləyərkən orada əyləşməyə, daldalanmağa bir yer yoxdur. Əlil, yaşlı insanlar var ki, onlar orada dayanacağın olmamasından daha çox əziyyət çəkirlər. Orada dayanacaq olsa, insanlar belə problemlərlə üzləşməzlər ".

Sakinlər ümid edirlər ki, aidiyyəti qurumlar bu problemi həll edəcəklər.

Geri qayıt