Əsas Səhifə > Güney Press / Manşet > GƏRGİNLİK VAR: ÖLKƏDƏ SİYASİ HƏBS GÖZLƏNİLİR

GƏRGİNLİK VAR: ÖLKƏDƏ SİYASİ HƏBS GÖZLƏNİLİR


13-12-2012, 15:56
GƏRGİNLİK VAR: ÖLKƏDƏ SİYASİ HƏBS GÖZLƏNİLİR
DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin başlatdığı videoqalmaqal həbslərə nədən ola bilər. Bildirək ki, məlum videoçəkilişdə keçmiş deputat Gülər Əhmədovanın ortağı kimi görünən Sevinc Babayevanın qeybə çəkildiyi söylənilir və onun arandığı bildirilir. Doğrudur, bu barədə rəsmi qaynaqlar heç bir izahat verməsələr də, Sevinc Babayevanın əslində kimlərsə tərəfindən gizlədildiyi bildirilir.

DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, amma bütün bunlara rəğmən yenidən eyni proses üzərində manevrlər edən iqtidariçi qüvvələr hətta həbslərə belə qərar veriblər: В«Təbii ki, hazırki durğunluq birbaşa olaraq əks qütbün marağındadır. Bu səbəbdən vəziyyət dəyişməlidir. Kimin həbs olunacağını isə zaman göstərəcək. Amma həbslərdə Elşad Abdullayevin açıqladığı videomaterialların müstəsna rolu olacaqВ».

Xatırladaq ki, bu vaxta qədər sabiq rektor Gülər Əhmədova, Ramiz Mehdiyev, Sevinc Babayeva, DİN-in 7-ci bölməsinin əməkdaşı və bir sıra şəxslər barəsində ilginc faktlar açıqlayıb. Yəni bu isə o deməkdir ki, qolları qandallanan şəxs məhz bu çevrədən olacaq.

Geri qayıt