Əsas Səhifə > Güney Press / Manşet > В«TEXNİKABANKВ»DA ŞOK YENİLƏNMƏLƏR GÖZLƏNİLİR
В«TEXNİKABANKВ»DA ŞOK YENİLƏNMƏLƏR GÖZLƏNİLİR6-12-2012, 15:31 |
![]() DİA.AZ: - Bir müddət əvvəl məlumat verərək bildirmişdik ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunan və ciddi ittihamların hədəfinə çevrilən keçmiş В«TexnikaBankВ»ın (indiki В«Bank TeshniqueВ») Müşahidə Şurasının sədri Etibar Əliyev yenidən bankdakı fəaliyyətini bərpa edib. Bildirək ki, bankın əsas səhmdarlarından olan Etibar Əliyev 15 faizlik paya malikdir ki, bu da onunla bank arasındakı tellərin dərhal qırılmasını imkansız edir. DİA.AZ-a bu barədə daxil olan son informasiyalardan aydın olur ki, Etibar Əliyev nəinki banka qayıdır, hətta yenidən Müşahidə Şurasının rəhbərliyinə gətirilir. Qeyd edək ki, hazırda bu postu Rövşən İsmayılov tutur ki, bir zamanlar В«Beynəlxalq BankВ»ın İdarə Heyətinin sədr müavini və baş maliyyə direktoru postunu tutmuq Rövşən İsmayılov məhz bankın səhmdarlarının arzusu ilə В«TexnikaBankВ»a vəzifəyə gətirilmişdi. Mənbəmiz bildirir ki, artıq bu məsələ ilə bağlı konkret qərar verilib və Rövşən İsmayılov Müşahidə Şurasının rəhbərliyindən kənarlaşdırılır. Mənbənin söylədikləri: В«Gələn ilin yanvar ayının ortalarında Müşahidə Şurasının yeni toplantısı olacaq və bu toplantıda məlum qərar rəsmiləşəcək. Rövşən İsmayılovun isə yenidən В«Beynəlxalq BankВ»a qayıtması gözlənilirВ» Geri qayıt |