Əsas Səhifə > Güney Press / Manşet > QİYAMƏT GÜNÜNƏ NECƏ HAZIRLAŞMAQ LAZIMDIR?

QİYAMƏT GÜNÜNƏ NECƏ HAZIRLAŞMAQ LAZIMDIR?


5-12-2012, 16:06
QİYAMƏT GÜNÜNƏ NECƏ HAZIRLAŞMAQ LAZIMDIR?
DİA.AZ: - Hamı dünyanın dağılacağından danışır. Qosqoca ölkələrin qosqoca vətəndaşları sığınmağa yer axtarır. Anlaşılandır. Görün, hansı ölkələrdə daha çox həyəcan var… Dünənə qədər Azərbaycan kimi ölkələrin vətəndaşlarını geridə qalmış hesab edib, ələ salan ölkələr… Fransada əhali dağlara qaçır, Amerikada qiyamət qorxusu dükanları boşaldıb, dünyanın inkişaf etmiş ölkələrinin vətəndaşları Türkiyənin Yenicə kəndində bir gecəsi 5 min avroya otellər kirayələyirlər və s.

Hər halda, dünənə qədər bizləri qaragüruhluqda ittiham edənlərin bu təlaşını seyr etməyinə dəyər. Elmi-texniki tərəqqinin zirvəsində olan ölkələrin vətəndaşlarının bu acınacaqlı halı həqiqətən də gülməlidir. Deməli, iş hamamın suyunu bir düymə ilə buraxmaqda, televizorunun ekranının В«3DВ» olmasında deyil. Məsələ təfəkkürdədir. Bu gün dünyanın inkişaf etmiş ölkələrinin qiyamət təlaşının əslində təfəkkür problemi olduğunu görməmək qeyri-mümkündür.

Yox, özümüzü tərifləmək istəmirəm. Bizim də günəşsiz 4 günə 4 В«paçkaВ» şam alaraq müqavimət göstərmək istəyənlərimiz var. Amma bizdə bunun ictimai vahimələnmə səviyyəsində olmaması da faktdır.

Dünya dağılacaqmı? Təbii ki, bunu yalnız Allah bilir. Amma kimsə uca Yaradanın hansısa nömrələr üzərində qərar verdiyini bu çağacan görməyib. Yəni qiyamət gününü hansısa güzgü effektli rəqəmlərə bağlamaq yersizdir.

Narahat olmayın, serlər, misterlər… Dünya nə 12-si, nə 20-si, nə də 21-i dağılmayacaq. Amma qiyamətə hansısa rəqəmlərin təsiri altında yox, içinizdəki vicdanın təsiri altında hər gün hazırlıqlı olun…

Sonda Facebook-da status ola biləcək parafrazmamızı da deyək: Gəlin həftənin günlərindən birini QİYAMƏT adlandırıb, hər həftə, heç olmasa həftədə bir dəfə qiyamət tədarükündə olaq... İnsaniyyət baxımından...

SƏBUHİ - DİA.AZ

Geri qayıt