Əsas Səhifə > Güney Press / Manşet > İSGƏNDƏR XƏLİLOV BAKI İLƏ DANIŞIQLARDA
İSGƏNDƏR XƏLİLOV BAKI İLƏ DANIŞIQLARDA5-12-2012, 15:20 |
![]() DİA.AZ: - В«Oliqarxların təşkilatıВ» kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqının üzvlərindən olan, tanınmış iş adamı İsgəndər Xəlilovun Azərbaycandakı biznesinin təhlükə altında olması barədə yerli mətbuatda kifayət qədər xəbər verilib. Bu gün bu barədə DİA.AZ-a ötürülən informasiyalardan isə aydın olur ki, Bakıda çeşidli obyektlərə və yatırıma sahib olan iş adamı varidatının gələcək aqibəti ilə bağlı rəsmi Bakı ilə danışıqlara başlayıb. Mənbəmizin söylədikləri: В«Hələlik onun heç bir əmlakına toxunulmayıb. Lakin təzyiqlərin olması barədə deyilənlər həqiqətdir. Artıq danışıqlar başlayıb. Ya İsgəndər Xəlilov RATİ kampaniyasından vaz keçməlidir, hərgah ki bu da imkansız görünür, ya da iş adamı əlindəki biznesini itirməlidirВ». Mənbəmiz bildirir ki, daha çox ikinci versiya üzərində danışıqlar gedir: В«Ola bilsin ki, İsgəndər Xəlilovun obyektlərinə Bakıdan müştəri tapılsınВ». Geri qayıt |