Əsas Səhifə > Güney Press / Manşet > ŞOK: RUS GENERALI RƏSMİ BAKINI HƏDƏLƏYİB

ŞOK: RUS GENERALI RƏSMİ BAKINI HƏDƏLƏYİB


4-12-2012, 14:55
ŞOK: RUS GENERALI RƏSMİ BAKINI HƏDƏLƏYİB
DİA.AZ: - Artıq Rusiyanın Azərbaycana basqıları sıradan bir təzahürə çevrilməkdədir. Bir yandan ölkəmizdə süni şəkildə etnik-dini separatizm meyillərini artırmağa çalışan rəsmi Moskva, digər yandan da siyasi təzyiqlərini davam etdirir. İş o həddə çatıb ki, Azərbaycanla hərb dili ilə danışmağı da dəfələrlə vərdişinə çevirən Kremlin başbilənləri buna qədər bir neçə dəfə Azərbaycanı dolayı yollarla hədələyiblər.

Məsələn, bir neçə gün əvvəl Rusiyanın zamanında ermənilər tərəfindən Dağlıq Qarabağda vəhşiliklər etmiş polk komandirlərindən birinin rus mətbuatında xatirə yazısı dərc olunmuşdu ki, həmin yazısında İqor Stepaşkin adlı rus vəhşisi yenidən Qarabağda savaş başlayacağı təqdirdə xristian ermənilərə dəstək verə biləcəyini söyləmişdi.

İndi isə buk imi hədələrin miqyası daha da genişlənmək üzərədir. DİA.AZ-a diplomatik qaynaqlardan sızan informasiyalardan aydın olur ki, bu həftənin birinci günü Moskvadan Bakıya sirli bir qonaq gəlib və həmin qonaq yüksək səviyyədə ağırlanmaqdadır:

Mənbəmizin iddia etdikləri: В«Qonaq Rusiyanın hərbi dairələrinin nümayəndəsidir. General olduğu ehtimal olunur. Bu vaxta qədər yalnız Azərbaycanın Prezident Administrasiyasına ai diki ünlü sima ilə görüşüb. Və vaxtının çoxunu qaldığı oteldə keçirirВ».

Mənbəmiz bildirir ki, qonağın səfəri və kimliyi olduqca məxfi saxlanılır: В«Amma hakimiyyət dəhlizlərində gəzən söhbətlərə görə, həmin qonaq rəsmi Bakı ilə hərb dilində danışmaq üçün Azərbaycana gəlib və onun gəlişi son günlər baş verən hadisələrlə, həmçinin Rusiyadakı В«oliqarxların təşkilatıВ» ilə birbaşa əlaqəlidirВ».

Geri qayıt