Əsas Səhifə > Güney Press / Manşet > ABU REKTORU İLƏ BAĞLI QALMAQALDA YENİ XƏTT
ABU REKTORU İLƏ BAĞLI QALMAQALDA YENİ XƏTT4-12-2012, 14:15 |
![]() DİA.AZ: - Son günlər fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev barəsində davamlı olaraq müxtəlif səpgili dezinformasiyalar yayılır ki, bu da əslində maraqlı qüvvələr tərəfindən tənzimlənən prosesdir. Bunu DİA.AZ-a bildirən mötəbər mənbənin sözlərindən belə aydın olur ki, hələ də təslim olmayan və müqavimət göstərməkdə israr edən ramizmenhdiyevçi qanad ABU-nun keçmiş rektoru adı ətrafında müxtəlif proseslərə start veriblər. Mənbəmiz bildirir ki, Elşad Abdullayevi hədəfə alan qüvvələr hətta onun müxalifətlə olan ilişgilərilə bağlı rəy yaratma yönündə də mətbu kampaniyaya başlama qərarını veriblər: В«Əslində burada kimin hədəfə alındığını müəyyən etmək çətin deyil. Bu yolla belə bir rəy yaradılacaq ki, Elşad Abdullayev guya müxalifət qüvvələrinə və xüsusən də müxalifət mətbuatına maddi yardım edir. Və bunun da ardından onun hər hansı davranışının effektsizliyinə nail olunacaq. Yəni belə bir qənaət formalaşdırılacaq ki, Elşad Abdullayev əslində müxalifətin diqtəsi ilə hərəkət edir və bu səbəbdən onun açıqladığı faktlar nə ciddiyə alınmalı deyil, nə də bu faktlar həqiqəti əks etdirmirВ». Yeni instruktajın artıq Prezident Administrasiyası şefinin kurasiyasında olan bir sıra mətbu orqanlara ötürüldüyünü iddia edən mənbəmiz bir məsələni də vurğuladı ki, bu işdə əvvəlki proseslərdə olduğu kimi, yenə də böyük pulların xərclənməsi nəzərdə tutulub. Geri qayıt |