Əsas Səhifə > Güney Press / Manşet > ABU REKTORUNUN TƏHLÜKƏSİZLİYİNƏ TƏMİNAT VERİLİR
ABU REKTORUNUN TƏHLÜKƏSİZLİYİNƏ TƏMİNAT VERİLİR30-11-2012, 15:35 |
![]() DİA.AZ: - Bu arada redaksiyamıza maraqlı bir məlumat daxil olub. İnformasiyalı mənbələrin DİA.AZ-a ötürdüyü xəbərə görə, hal-hazırda Fransaya sığınan fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin Azərbaycana gətirilməsi yönündə iş gedir. Xatırladaq ki, bir müddət əvvəl keçmiş rektor prezident İlham Əliyevə müraciət edərək təhlükəsizliyinə təminat istəmişdi və bu halda Azərbaycana gələ biləcəyini, həmçinin samballı faktları ortaya qoyacağını söyləmişdi. Və keçmiş rektorun bu istəyinə uyğun olaraq Azərbaycanın baş prokurorluğundan cavab verildi və qısa müddət içində bildirildi ki, Elşad Abdullayev Azərbaycana qayıda bilər, onun təhlükəsizliyinə ən yüksək səviyyədə təminat verilir. Amma bu da yetərli olmadı. Mənbəmiz bildirir ki, artıq keçmiş rektora hakimiyyətin maraqlı dairələri tərəfindən В«Azərbaycana dönВ» ismarıcı göndərilib: В«Hər halda, bu mesajı yollayanlar onun təhlükəsizlik məsələsinə də qarantiya olublarВ». Geri qayıt |