Əsas Səhifə > Güney Press / Manşet > FHN ŞEFİNİN ADAMININ QOHUMU DANIŞDI
FHN ŞEFİNİN ADAMININ QOHUMU DANIŞDI29-11-2012, 18:18 |
![]() DİA.AZ: - Açıq Cəmiyyət Partiyasının qalmaqala səbəb olan qərargahının sahibi Azər Əsgərovun DİA.AZ-a müsahibəsi - Azər bəy, mümkünsə, əvvəlcə özünüz haqda məlumat verin - Mən İnşaat Mühəndisiyəm. Qarabağ muharibəsi veteranıyam. 1997 ildən bu yana Türkiyənin Antalya şəhərində ailəlikcə yaşayıram. Ailə Şirkətim var. Türkiyə Cumhuriyyətinin Şirkətimizə verdiyi səlahiyyətlər çərçivəsində işlər görürük. Naxçıvanda Heydər Əliyev tərəfindən YAP yaradılarkən ilk fəallarından biri olmuşam. Naxcıvan şəhər təşkilatının təsis konfransının, 2-ci konfransının ,MR təsis konfransının, ÜmumRespublika müşavirəsinin nümayəndəsi olmuşam. Halhazırda ACP üzvüyəm. - ACP-nin yerləşdiyi obyektin sizə məxsus olduğu bildirilir. Əgər bu belədirsə, partiyaya hansı şərtlərlə verilib? - Bəli ACP binasının qərərqahı mənim adımadır. Buranı ACP yə əvəzsiz icarəyə vermişəm. Mən ACP rəsmiləriylə danışdığım günün axşamı Orucəli Hacıyev mənə zəng edib dedi ki, sən obyekti ACP yə verirsən? Dedim ki onsuzda sənə zəng eləyib xəbər verəcəydim, məsləhətləşəcəkdim. Dedim adamlar indi getdilər yanımdan sən hardan bildin? Orucəli müəllim dedi ki? bura Azərbaycandır? Türkiyə deyil. Soruşdum ki, bir problem var? Problem varsa hələ muqavilə bağlamamışam, fikrimi dəyişə bilərəm. Dedi obyekt sənin adına olduğu üçün heç bir problem olmaz . - Rəsul Quliyevlə tanışlığınız varmı? - Açıq Cəmiyyət Partiyasının üzvüyəm. Rəsul Quliyevlə yaxınlığımız çox-çox əvvəllərə dayanır və Rəsul müəllimin mənim haqqımda dedikləri doğrudur. - Həmin obyekt ACP-yə veriləndən sonra yayılan xəbərləri necə qiymətləndirirsiniz? Belə ki, Sizə qarşı təzyiqlərin olduğu bildirilir? Bu doğrudurmu? - Mənə gizli nömrələrdən zənglər gəlir və mən bunlara əhəmiyyət vermirəm. Çünki Allahdan başqa heç kimdən qorxum yoxdur. Yazılan məlumatların bəziləri düz, bəziləri səhvdir. Bunları bir-bir sadalamağa gərək yoxdur. Sevindirici haldır ki, Azərbaycanda araşdırmaçı, media və muxbirlər yaranıb. Bu da Demokratiyanın qığılcımlarıdır. - Sizin Fövqəladə Hallar Nazirliyində yüksək vəzifə tutan iki qardaşınızın - Abbas və Yavərin Kəmaləddin Heydərovun əmri ilə məhz qərargah məsələsinə görə tutduqları vəzifələrdən azad olunduğu bildirilir. Bu doğru xəbərdirmı? Əgər doğrudursa, bu qərarı necə qiymətləndirirsiniz? - Qardaşlarımın işdən çıxarılması haqda yayılan xəbərlər yalandır. - Həmin obyektin satışa çıxarılması və qiymətinin ilkin satış qiymətindən iki dəfə artırılmasına səbəb nədir? - Doğrudur, hər dəfə obyekt üçün müştəri cıxdıqca mənə deyilər qiyməti bir limon qaldır mən də qaldırdım. - Kəmaləddin Heydərovla münasibətiniz varmı? Həmçinin Orucəli Hacıyevlə qohum olduğunuz da bildirilir... - Doğrudur. Mənim rəhmətlik bacım Orucəli müəllimin yoldaşı olub. Xəbərlərdə obyekti Orucəli müəllimin mənə pay verildiyi deyilir. Obyekti Orucəli müəllimden hədiyyə yaxud, satın aldığım maraq mövzusu deyil. Kəmaləddin Heydərov və atası Fəttah Heydərov məni yaxşı tanıyırlar. Münasibətimiz də var. sahibinden.com sitesinde həmin ofisin satışa çıxarıldığı deyilir. Amma bir maraqlı məqam var ki, ilk əvvəl satışa 2 milyon dollara sunulan həmin ofis indi 4 milyon dollara təklif olunur. Burda maraq nədir? - Kəmaləddin Heydərovun adamı olaraq Ankarada “Rixos” oteldə Rəsul Quliyevlə görüşünüz olubmu? - Mən çox yerlərə gedirəm və insanlarla görüşürəm. Rəsul müəllimlə əlaxüsus. - Ümumiyyətlə Rəsul Quliyevlə tanışsınızmı və ona münasibətiniz? - Çox əvvəllərdən bu yana Rəsul müəllimlə yaxınlığımız var və onun idealarının dəstəkçisiyəm. Geri qayıt |