Əsas Səhifə > Güney Press / Manşet > ARTUR RƏSİZADƏNİN HALI QƏFLƏTƏN PİSLƏŞİB

ARTUR RƏSİZADƏNİN HALI QƏFLƏTƏN PİSLƏŞİB


27-11-2012, 15:22
ARTUR RƏSİZADƏNİN HALI QƏFLƏTƏN PİSLƏŞİB
DİA.AZ: - Bu gün məlum olduğu kimi, Azərbaycanın baş naziri Artur Rəsizadə ölkəmizdə səfərdə olan Pakistan Parlamentinin komitə sədri, İslam Cəmiyyət Ulema-e-İslam Partiyasının sədri Maulana Fazl-ur-Rahmanın başçılıq etdiyi nümayəndə heyətiylə görüşüb.

Bu görüşdə isə hadisə baş verdiyi söylənilir. Nazirlər Kabinetindəki mötəbər mənbənin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, görüş zamanı baş nazirimizin səhhətində problemlər yaranıb.

Mənbənin söylədikləri: В«Artur müəllimin halı qəflətən pisləşib və qısa müddət içində o, özünə gələ bilməyib. Hətta təcili tibbi yardımın çağrılmasına da zərurət yaranıb. Lakin baş nazir özü buna imkan verməyib və görüşdən dərhal sonra NK-nın binasından uzaqlaşıb. Və ehtimal olunur ki, o, xəstəxanaya gedibВ».

Bildirək ki, bu məlumatı bir başqa qaynaqlar tərəfindən də dəqiqləşdirməyə çalışsaq da, mümkün olmadı. NK-dan isə bizə cavab vermək istəmədilər və yalnız bildirdilər ki, Artur Rəsizadənin sağlamlığında heç bir problem yoxdur. Biz isə DİA.AZ olaraq hətta bu halda belə baş nazirimizə sağlıq arzulayırıq.

Geri qayıt