Əsas Səhifə > Güney Press / Manşet > ARDNŞ ŞEFİNƏ GÜRCÜSTANDAN ŞOK ZƏRBƏ

ARDNŞ ŞEFİNƏ GÜRCÜSTANDAN ŞOK ZƏRBƏ


25-11-2012, 18:19
ARDNŞ ŞEFİNƏ GÜRCÜSTANDAN ŞOK ZƏRBƏ
DİA.AZ: - Bir müddət əvvəl məlumat verərək bildirmişdik ki, Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstan uzantısı olan В«Socar GeorgiaВ» ilə bağlı gürcü vergi polisi tərəfindən aparılan araşdırmalar zamanı 26 milyon lari (13 milyon ABŞ dolları) həcmində vergi oğurluğu faktı aşkarlanıb. Bu və yaranmış digər problemlərlə bağlı ARDNŞ prezidenti Rövnəq Abdullayev noyabr ayının əvvəllərində Gürcüstana gedərək yeni baş nazir Bidzina İvanaşvili ilə görüş keçirdiyi haqda məlumat da vermişdik.

Məlumatlarda deyilirdi ki, görüş zamanı anlaşma əldə olunub və В«Socar GeorgiaВ»ya kəsilən cərimə ləğv edilib. Onu da bildirək ki, bui şlə əlaqədar Gürcüstanda Rövnəq Abdullayevin В«sağ əliВ» hesab olunan В«Socar GeorgiaВ»nın vitse-prezidenti Mahir Məmmədov da bui şlə əlaqədar Gürcüstandan Bakıya qaçmaq zorunda qalmışdı.

DİA.AZ-ın Gürcüstandakı mənbələrdən əldə etdiyi son bilgilərdə isə deyilir ki, vəziyyət yenidən Rövnəq Abdullayevin əleyhinə çevrilib. Bu barədə danışan mənbəmiz iddia edir ki, doğrudur, ARDNŞ-in bu ölkədəki fəaliyyətinin davamına, layihələrinin icrasının davamına icazə verilib, amma bəzi məsələlərdəki problemlər yenə də əvvəlki kimi qalıb və hətta daha da şiddətlənib.

Mənbəmizin söylədikləri: В«Gürcü vergi polisinin qaldırdığı cinayət işi yenidən qüvvəsində saxlanılıb və keçən cümə günü Gürcüstanın hüquq-mühafizə orqanları adından В«Socar GeorgiaВ»ya məktub daxil olub və həmin sənəddə vergidən yayınma halı ilə bağlı aparılmış yoxlamaların nəticələri göstərilməklə yanaşı, qeyd olunan bir aylıq müddət ərzində büdcədən gizlədilən 26 milyon larinin ödənilməsi tələbi qoyulubВ».

Geri qayıt