Əsas Səhifə > Güney Press / Manşet > RAMİZ MEHDİYEV PREZİDENT GƏTİRİLƏRSƏ…

RAMİZ MEHDİYEV PREZİDENT GƏTİRİLƏRSƏ…


19-11-2012, 16:08
RAMİZ MEHDİYEV PREZİDENT GƏTİRİLƏRSƏ…
DİA.AZ: - Qarşıdan gələn prezident seçkiləri hakimiyyətiçi münasibətləri daha da gərginləşdirib. Və artıq bunun yetərincə təzahürləri müşahidə olunmaqdadır. Belə ki, son zamanlar baş verən olayların xronikası da belə deməyə əsas yaradır ki, artıq rəsmi Moskva hətta seçkilərdə normalda iqtidara əsas alternativ sayılan Azərbaycan müxalifətindən də çevik və fəal surətdə proseslərə qoşulub. Artıq Kreml Azərbaycan hakimiyyətinə əzələ nümayiş etdirmə fürsətini də qaçırmayıb.

Bununla bağlı DİA.AZ-a danışan Nazirlər Kabinetindəki mötəbər mənbənin bildirdiyinə görə, amma bu basqıların qarşılığı olaraq rəsmi Bakının geri çəkiləcəyi gözlənilən deyil: В«YAP iqtidarı alternativlərə malikdir və son zamanlar yürüdülən siyasi xətt də göstərir ki, əlavə dayaqlar olmadan Rusiya kimi, В«bpВ» kimi regiondakı güclərə az qala cihad elan edilməzdiВ».

Xatırladaq ki, Rusiyanın planları içində Azərbaycana В«İvanaşviliВ» axtarışı ideyasının olduğu da söylənilir. Bununla bağlı danışan mənbəmiz bildirdi ki, Azərbaycanla Gürcüstanda tamam fərqli situasiyalardır: В«Azərbaycanda В«İvanaşvili modeliВ» heç vaxt gerçəkləşə bilməz. Bunun bir neçə səbəbi var ki, onlardant ən başlıcası Azərbaycandakı hakimiyyətlə Saakaşvili hakimiyyəti arasındakı fərqdir. Yəni bu iqtidar gürcü iqtidarı kimi kürsünü kiminsə seçkidəki qələbəsi xatirinə boşaltmaz. Digər tərəfdən, Rusiya Azərbaycanda hansısa oliqarxı hakimiyyətə gətirə bilməsi üçün çox böyük işlər görməlidir. Azərbaycanda elə bir statusda olan oliqarx yoxdur. İvanaşvili illərdir ki, Gürcüstan sevilən iş adamı kimi tanınıbВ».

Mənbəmiz onu da bildirdi ki, ruslar yalnız etnik və dini separatizm üzərində Azərbaycana problemlər yaratmağa çalışacaq ki, bunun da qarşısını ala biləcək qüvvəyə malik olan rəsmi Bakının Kreml in ənənəvi müdaxilə üsulları ilə qorxudulması imkansızdır: В«Lakin burada ən təhlükəli olanı Qarabağ problemidir. Diqqət yetirin, oliqarxların təşkilatı Moskvada yaranar-yaranmaz ilk olaraq erməni icması ilə danışıqlar apardı. Bununla əslində Kreml Bakıya ismarıc yolladı ki, Qarabağın açarı əlimdədir və kimsə Rusiyanın iştirakı olmadan bu problemin həllinə belə girişə bilməzВ».

Mənbəmizin sözlərinə görə, məhz bu səbəb Azrbaycanla Rusiyanı yenidən vahid nöqtəyə gətirəcək: В«Ona görə də В«Qarabağ probleminin həlli üçün biz Rusiya nın dağılmasını gözləməliyikВ» deyənlər haqlıdırlar. Çünki əks halda belə ruslar Azərbaycanın Qarabağ haqqını tanımırlar. Hətta bu gün rusların müdafiə etdiyi Ramiz Mehdiyevi prezident kürsüsünə əyləşdirsələr belə, Rusiya Qarabağa Azərbaycan bayrağının sancılması fürsətini tanımazВ».

Belə olan şəraitdə mənbəmiz bildirir ki, rəsmi Bakı özü üçün müəyyən etdyii alternativ yollara davam etmək zorundadır: В«Bu yol çətindir. Amma davam olacaq. Artıq belə bir qərar verilibВ».

Geri qayıt