Əsas Səhifə > Güney Press / Manşet > İQTİDAR DAXİLİNDƏ В«QARA SİYAHIВ» HAZIRLANIB
İQTİDAR DAXİLİNDƏ В«QARA SİYAHIВ» HAZIRLANIB16-11-2012, 17:30 |
![]() RAMİZ MEHDİYEVİN В«QOL-QANADIВ» BUDANIR DİA.AZ: - Hakimiyyətin prezident seçkiləri ərəfəsində bir sıra dəyişikliklərə gedəcəyi şəkksizdir. Bunu həm də iqtidar daxilindəki ümumi gərginlik də zəruri edir. Bu barədə DİA.AZ-a xəbər verən etibarlı mənbənin iddialarına görə, artıq kimlərin vəzifələrindən alınacağı tam olaraq dəqiqləşib. Mənbəmiz bildirdi ki, yaxın günlərdə həmin siyahını redaksiyamıza təqdim edəcək. Amma burada bir məqamı vurğuladı ki, əsas olaraq Ramiz Mehdiyevin adamlarının В«qara siyahıВ»da üstünlük təşkil edilməsidir: В«Bu isə onu göstərir ki, hələlik adı siyahıda yer almayan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də yola salınması gözləniləndir. Əgər onun В«qol-qanadıВ» hesab olunan məmurlar iqtidar düşərgəsindən çıxdaş edilirsə, onun özü ilə bağlı da ciddi planların olması ağlabatandırВ». Geri qayıt |