Əsas Səhifə > Güney Press / Manşet > ŞOK: KEÇMİŞ NAZİRLƏR DEKABRDA AZADLIĞA ÇIXIR
ŞOK: KEÇMİŞ NAZİRLƏR DEKABRDA AZADLIĞA ÇIXIR14-11-2012, 17:35 |
![]() DİA.AZ: - Hüquq-mühafizə orqanlarındakı mənbələrdən DİA.AZ-a daxil olan informasiyalardan belə aydın olur ki, hakimiyyət dairələri növbəti əfv fərmanına tədarük görürlər. Bu barədə məlumatı verən mənbənin sözlərinə görə, dekabr ayında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə imzalanması nəzərdə tutulan əfv fərmanının əhatə dairəsi geniş olacaq. Konkret olaraq, 300-dən artıq məhbusun azadlığa çıxacağını bildirən bilgili qaynaq iddia edir ki, əfv fərmanı şamil olunacaq şəxslər sırasında 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı həbs edilmiş iki keçmiş nazir - Əli İnsanovla Fərhad Əliyevin də adları var. Eyni zamanda keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı, В«AzpetrolВ» Neft Şirkətinin prezidenti Rafiq Əliyevin də əfv fərmanı ilə azadlığa çıxması planlaşdırılır. Xatırladaq ki, adları çəkilən şəxslərlə bağlı ayrı-ayrı beynəlxalq qurumlar tərəfindən Azərbaycan dövlətinə dəfələrlə müraciətlər edilib. Hətta bildirilir ki, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin səhhətindəki problemlər belə bu gün onun azadlığa çıxa bilməsi üçün zəmin rolunu oynaya bilər. Geri qayıt |