Əsas Səhifə > Güney Press / Manşet > HAKİMİYYƏTDƏN ŞOK KADR İSLAHATLARI PLANI
HAKİMİYYƏTDƏN ŞOK KADR İSLAHATLARI PLANI14-11-2012, 16:28 |
![]() DİA.AZ: - Prezident seçkiləri öncəsi hakimiyyət cəmiyyətdə böyük rezonansa nədən olacaq kadr islahatlarını həyata keçirəcək. Bu ilginc məlumatı redaksiyamıza hökumət içindəki qaynaqlar ötürüb. Xəbəri verən mənbə iddia edir ki, artıq həmin kadr islahatlarına tədarük gedir. DİA.AZ-a daxil olan məlumata görə, gözlənilən kadr islahatları zamanı iki nazir - təhsil və xarici işlər nazirləri vəzifələrindən alınacaq: В«Onlarla yanaşı, Prezident Administrasiyasında və Nazirlər Kabinetinin strukturlarında da islahatlar aparılacaq. Eyni zamanda iki dövlət komitəsinin rəhbəri də dəyişdiriləcəkВ». Mənbəmiz əlavə edərək bildirdi ki, proses prezident seçkilərindən sonra da davam edəcək ki, bu zaman da daha üç nazirin vəzifəsindən alınması, eyni zamanda bir sıra dövlət qurumlarının rəhbərliyinin dəyişdirilməsi nəzərdə tutulur. İslahatların isə gələn ilin fevral ayından etibarən həyata keçiriləcəyi də gələn xəbərlər içindədir. Geri qayıt |