Əsas Səhifə > Güney Press / Manşet > ŞOK: RUSİYADAN OLİQARXLARLA BAĞLI HESABAT İSTƏNİLDİ

ŞOK: RUSİYADAN OLİQARXLARLA BAĞLI HESABAT İSTƏNİLDİ


10-11-2012, 14:25
ŞOK: RUSİYADAN OLİQARXLARLA BAĞLI HESABAT İSTƏNİLDİ
POLAD BÜLBÜLOĞLUNUN KARASİNLƏ GÖRÜŞÜNÜN ŞOK PƏRDƏARXASI

DİA.AZ: - Noyabrın 9-da Rusiya Federasiyasının (RF) Xarici İşlər Nazirliyində (XİN) baş tutan görüşdə bu ölkənin xarici işlər nazirinin müavini Qriqori Karasin və Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu ikitərəfli münasibətlərin bəzi aktual məsələlərini müzakirə ediblər. Bu barədə Rusiya XİN-in rəsmi saytında məlumat yayılıb.

Görüşdə, həmçinin Rusiyanın Xəzər dənizi üzrə çoxtərəfli danışıqlardakı nümayəndə heyətinin rəhbəri, xüsusi tapşırıqlar üzrə səfir İqor Bratçikov deyib.

DİA.AZ-a daxil olan məlumatlarda isə bildirilir ki, Polad Bülbüloğlu rəsmi Moskvanın nümayəndələri ilə əslində son günlər Rusiya-Azərbaycan münasibətlərindəki gərginliklə müşahidə olunan В«Oliqarxların təşkilatıВ» kimi tanınmış Rusiya Azərbaycan Təşkilatları İttifaqı ətrafında yaranmış qalmaqalı müzakirə edib. Bu barədə danışan Rusiyadakı mənbə bildirir ki, Polad Bülbüloğlu bir növ rəsmi Moskvada aşağıdakı istiqamətlər üzərə izahat istəyib ki, bu da rəsmi Bakının mövqeyi kimi rəsmi surətdə Kremlin qarşısına təqdim olunub:

1. Rusiya dövləti Rusiya Azərbaycan Təşkilatları İttifaqı ideyasında hansı dərəcədə maraqlıdır?
2. Kremlin Vladimir Putinin və Dmitriy Medvedyevin adından RATİ-nin fəallarından olan В«AzərrosВ»un prezidenti Söyün Sadıqova göndərdiyi təbrik mesajı hansı mahiyyət üzərə rəsmi Bakı tərəfindən qəbul edilməlidir?
3. Rusiya hakimiyyətinin Azərbaycana basqıları hansı zərurət halının nəticəsidir?

Mənbəmiz bildirir ki, bu suallar üzərə cavab tələb edən Polad Bülbüloğlu eyni zamanda ortadakı В«anlaşılmazlıqlarınВ» yekunda Azərbaycanın Rusiyadan daha da uzaq düşməsinə gətirib çıxaracağını da ifadə edib.

Mənbəmizin sözlərinə görə, son günlər Gürcüstanın yeni hökuməti ilə aradakı gərginliyin qaynağı kimi də Azərbaycan dövlətinin məhz Kremli görməsi səbəbindən Polad Bülbüloğlu ilə Qriqoriy Karasinin görüşündə bu mövzu da geniş şəkildə müzakirə olunub.

Geri qayıt