Əsas Səhifə > Güney Press / Manşet > ZİYA MƏMMƏDOVA QARŞI YENİ ÜSYAN DALĞASI

ZİYA MƏMMƏDOVA QARŞI YENİ ÜSYAN DALĞASI


8-11-2012, 16:42
ZİYA MƏMMƏDOVA QARŞI YENİ ÜSYAN DALĞASI
DİA.AZ: - Yenidən taksi sürücülərini hədəfə alan nəqliyyat naziri Ziya Məmmədova qarşı növbəti üsyan dalğası hazırlanır. Bu barədə DİA.AZ-a Bakıdakı taksi sürücülərindən biri məlumat verib.

Xatırladaq ki, keçən ilin sonlarında Ziya Məmmədov köhnə sovet maşınlarının taksi kimi fəaliyyət göstərməsini əngəlləməyə çalışsa da, buna nail ola bilmədi. Halbuki həmin ərəfədə NN şefi mətbuata verdiyi açıqlamasında bildirmişdi ki, köhnə sovet maşınlarına 2012-ci ilin 1 yanvar tarixinə qədər vaxt qoyulub və həmin tarixdən etibarən onların şəhərdəki taksi xidməti göstərməsinin qarşısı alınacaq.

Amma bu məsələ ilə əlaqədar nəqliyyat nazirliyinin qarşısında bir neçə dəfə etiraz aksiyası təşkil edən taksi sürücüləri nəhayətdə 2012-ci ilin 1 may tarixinə qədər vaxt aldılar. Amma bu halda belə Ziya Məmmədov köhnə sovet maşınlarının taksi kimi fəaliyyətini əngəlləyə bilmədi. Digər yandan isə onun baha qiymətə aldığı В«London taksiləriВ» ilə bağlı siyasətin iflasa uğraması da nazir üçün gözlənilməz zərbə oldu. Və nəticədə günü bu gün də köhnə sovet maşınları taksi xidməti göstərməkdə davam edirlər.

Amma bir neçə gündür ki, nəqliyyat nazirliyi köhnə sovet maşınlarına qarşı yeni hücum kampaniyası həyata keçirməkdədir. Hələlik mətbuatda bu iş davam etdirilsə də, bir neçə istiqamətdən NN müfəttişlərinin taksi fəaliyyəti göstərən köhnə sovet maşınlarına qarşı redlər keçirdiyi aydın olur.

Bununla bağlı DİA.AZ-a məlumat verən taksi sürücüsünün sözlərindən aydın olur ki, dayanacaqlardan başlayan bu dalğanın miqyası böyüyə bilər: В«Guya biz avtobus dayanacaqlarında problem yaradırıq. Avtobusların yolunu kəsirik. Amma faktdır ki, avtobus dayanacaqlarını zəbt edən yeni taksilərdir. Sadəcə olaraq mətbuatda fərqli formada məlumatlar ötürürlərВ».

Taksi sürücüsü onu da bildirdi ki, əgər nəqliyyat nazirliyi yenidən köhnə sovet maşınlarına qarşı kampaniyaya keçərsə, o zaman onlar da etiraz aksiyalarını bərpa etməli olacaqlar.


Geri qayıt