Əsas Səhifə > Güney Press / Manşet > AYGÜN KAZIMOVANIN KRİMİNAL QOHUMLARI
AYGÜN KAZIMOVANIN KRİMİNAL QOHUMLARI7-11-2012, 16:39 |
![]() “Ələsgəroğlu K” tikinti şirkətinin mənzil tikintisi adı ilə aldatdığı müştərilər çərşənbə günü Beynəlxalq Mətbuat Mərkəzində (BMM) mətbuat konfransı keçiriblər. Hüquq müdafiəçisi Ələkbər Məmmədov adı çəkilən şirkətin Kazım Kazımzadəyə məxsus olduğunu deyib. Bu adamın müğənni Aygün Kazımovanın qardaşı olduğunu söyləyib. Şirkət 2006-cı ildə Yeni Yasamalıda yaşayış binası tikməyə başlayıb. Müştərilərdən mənzilin hər kvadrat metrinə 550 manat pul yığlıb. Adı çəkilən binanın müştərilərindən Çingiz İsmayılzadə 40 ay müddətinə pulu tam ödəyib. Amma binanın özülü qazılsa da, tikilməyib. K.Kazımzadə bunu binanın yerinin şirkətin əlindən alınması ilə izah edib. Maraqlı budur ki, Ç.İsmayılzadə binanın nə qədər müştərisi olduğunu, binanın neçə mərtəbəli və neçə mənzilli olacağı haqda informasiyaya malik deyil. Bu şirkətin daha bir fırıldağı Xətai rayonundakı Xəzər univermağının Zığ kəndinə tərəf tikilən binası ilə bağlıdır. Adı çəkilən bina 14 mərtəbəli olmağa 194 mənzildən ibarət olmalı imiş. Binada mənzillərin hər kvadrat metrinə 300 manatdan 650 manata kimi pul yığılıb. Müştərilərdən biri bu qeyri-natamam binada 194 mənzilin 280 müştəriyə satıldığını deyib. Belə fırıldağına görə müştərilərin şikayəti əsasında 2011-də K.Kazımzadənin həbsə alındığı vurğulanıb. K.Kazımzadə həbsdə olmasına baxmayaraq xalasıoğlu Əkbər Cəfərovu yerinə rəhbər təyin edib. Ə.Cəfərov mənzilini istəyən müştərilərə hədə-qorxu gəlməkdən çəkinmir. Mənzilini tələb etdiyinə görə Ç.İsmayılzadəni Ə.Cəfərov başını kəsəcəyi ilə hədələyib. Həbsxanada yatması ilə fəxr edən Ə.Cəfərov lazım gələrsə yenə yatacağını deyərək müştərilərə meydan oxuyur. Bu yolla müştəriləri mənzillərini tələb etməkdən çəkindirməyə çalışır. Ə.Cəfərovun bu yekəxanalığına və özbaşınalığına, şirkət tərəfindən aldadıqlarına, pullarının qaytarılması tələbilə müştərilər noyabrın 15-də Prezident Administrasiyası önündə etiraz aksiyası keçirmək barədə qərar qəbul ediblər. Geri qayıt |