Əsas Səhifə > Güney Press / Manşet > ELDAR ƏZİZOVUN ZİBİL QUTUSU PROBLEMİ VAR
ELDAR ƏZİZOVUN ZİBİL QUTUSU PROBLEMİ VAR7-11-2012, 15:47 |
![]() DİA.AZ: - Sumqayıtda fəaliyyət göstərən "Vətəndaş" icmasının üzvleri 42 məhəllədə zibil qutuları ilə bağlı olan problemi araşdırmaq və ictimailəşdirmək məqsədi ilə həmin ərazilərdə olublar. DİA.AZ bildirir ki, bu barədə gozetci.az portalına adıçəkilən icmadan məlumat verilib. Məlumata görə, vətəndaşlar icma üzvlərinə bildiriblər ki, icra hakimiyyətinə bu məsələ ilə bağlı dəfələrlə müraciət ediblər: "Sakinlər deyiblər ki, Məzahir adlı icra nümayəndəsi bu prolemin tezliklə aradan qalxacağını, əraziyə əlavə zibil qutularının qoyulacağını bildirsə də, nəticəsi olmayıb". Məlumatda o da qeyd olunur ki, 42 məhəllədə beş binaya (8a, 11, 12, 13, 14 ) cəmi iki zibil qutusu qoyulub. Bu da ərazidə antisanitariyanın baş alıb getməsinə səbəb olur. Geri qayıt |